» » Çox yaşamaq istəyirsinizsə, bunu edin!

Çox yaşamaq istəyirsinizsə, bunu edin!

Bölmə: MARAQLI
Çox yaşamaq istəyirsinizsə, bunu edin!
Mütəxəssislərin müşahidələrinə görə, müasir insanlar onlara lazım olandan qat-qat çox kalori qəbul edir. Müasir insanlar az hərəkət edir, az fiziki iş görür və nəticədə az kalori sərf edir.

Xalqinfo.az xəbər verir ki, artıq kalorilər orqanizmə yalnız ziyan vurur - piylənməyə, metabolik pozulmalara, immun sisteminin zəiflənməsinə, ürək-damar sistemi xəstəliklərinə və s. problemlərə səbəb olur.

Çoxsaylı araşdırmalar göstərib ki, müxtəlif ölkələrdə yaşayan uzunömürlülər həyatı boyu az qida qəbul edirdi.

Alimlərin son araşdırmalarına görə, qidalanmanın kalori miqdarının 30% azalması insan sağlamlığına çox müsbət təsir edir - bir çox ağır xəstəliklərin inkişafının qarşısını alır, ömrü uzadır.

Alimlər belə hesab edir ki, bu üsulla hipertoniya və şəkərli diabet kimi yayılmış və hər il milyonlarla insanın ölümünə səbəb olan xəstəlikləri müalicə etmək, xərçəng xəstəliklərinin qarşısını almaq mümkündür.

Az qida qəbul edən insanın orqanizmi yaxşı mənada stress yaşayır ki, bu zaman orqanizm qənaət rejiminə keçir və yalnız sağlam və yeni hüceyrələri "qidalandırır". Xəstə, köhnə, öz funksiyalarını normal yerinə yetirə bilməyən hüceyrələr isə qidasız qalır və tədricən ölür. Nəticədə orqanizm yenilənir, cavanlaşır, orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələri məhv olur.

Qidalanmanın azalması insanın immun sisteminə də müsbət təsir edir, onu daha fəal işləməyə vadar edir.

Bütün bunları nəzərə alaraq, sağlam olmaq və çox yaşamaq üçün sadəcə daha az yemək lazımdır.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler