» » Bişmiş yumurtada göy halqalar görsəniz...

Bişmiş yumurtada göy halqalar görsəniz... DİQQƏT

Bölmə: MARAQLI
Bişmiş yumurtada göy halqalar görsəniz...
Türkiyəli dietoloq Gizem Şeber bir çox yeməyin içərisində yer alan yumurtanın ana südü qədər dəyərli olduğunu bildirib.

Xalqinfo.az məlumatına görə, dietoloq yumurtanın faydalarından danışıb. Onun sözlərinə görə, yumurtanın həm ağı, həm də sarısı insan bədəni üçün olduqca faydalıdır. Yumurtanın ağı protein mənbəyidir. Xüsusilə, əzələ yığmaq istəyən idmançılar və ya əzələ itkisi olan xəstələr yumurtanın ağını yeməlidir. Yumurtanın sarısı isə dəmirlə zəngindir. Bədənin bu dəmiri istifadə edə bilməsi üçün C vitamininə ehtiyacı var. Təzə tərəvəzlərlə təzə sıxılmış meyvə suları bu ehtiyacı qarşılayır. Yumurtanın sarısında eyni zamanda biotin vitamini var. Bu vitamin saç və dırnaq sağlamlığı və beynin inkişafı üçün olduqca vacibdir.

Ağ, yaxşı bişməmiş yumurtalarda avidin adlı maddə olur və bu maddə biotinin istifadəsini əngəlləyir. Buna görə də, yumurtanın ağının yaxşı bişmiş olmasına diqqət edilməlidir.

Yumurtanı çox qaynatdıqda içində göy halqalar əmələ gəlir. Bu halqalar həmin yumurtadan yalnız protein ala biləcəyinizi, digər mineralların isə yararsız olduğunu göstərir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler