» » Ayağı ayağın üstünə atıb oturmayın-

Ayağı ayağın üstünə atıb oturmayın- Sağlamlığa ziyandır

Bölmə: MARAQLI
Ayağı ayağın üstünə atıb oturmayın-
Saatlarca müəyyən bir mövqedə oturmaq ayaqlarınızdakı sinirlərin iflic olmasına səbəb ola bilər.

Xalqinfo.az Türkiyə mediasına istinadən bildirir ki, araşdırmalar nəticəsində ayaqdakı sinirlərin zədələnməsinə səbəb olan oturma şəklinin ayağın ayaq üstə atılması olduğu məlum olub. Uzun müddət ayağı ayağın üstünə atıb oturmağın bədəndəki qan təzyiqini artırdığı təsdiq olunub. Təzyiq probleminiz yoxdursa belə, bu şəkildə oturmaqdan çəkinin və meydana gələcək problemlərin qarşısını alın.

Bir ayağınızı digərinin üzərinə qoyduğunuzda ayaqlardan sinəyə qan göndərilir. Nəticədə, ürəyin pompaladığı qan miqdarı və qan təzyiqi də artır. Bu oturuş şəkli eyni zamanda pelvik balanssızlığa da səbəb olur.

Bir araşdırmaya görə, gündə 3 saatdan artıq ayağı ayaq üstünə atıb oturmaq insanın qozbel olmasına səbəb olur. Ayrıca bel, boyun ağrısına və ombalarda narahatlıqlara yol açır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler