» » Ütüləmədən də paltarın qırışını açmaq olar -

Ütüləmədən də paltarın qırışını açmaq olar - YOLLARI

Bölmə: MARAQLI
Ütüləmədən də paltarın qırışını açmaq olar -
Ev işləri arasında qadınların əksəriyyətinin sevmədiyi iş paltar ütüləməkdir. Qadınların xoşuna gəlməsə də, etmək məcburiyyətində qaldıqları paltar ütüləmək artıq kabus olmayacaq. Bununla bağlı bir sıra praktik tədbirlər var.

Xalqinfo.az lent.az-a istinadən ütü problemini yox etməyin bir neçə yolu ilə sizi tanış edir.

İsti su buxarı

Ütünüz işləmədikdə və ya işıq söndükdə qaynayan suyun üzərində yaranan buxarla paltarlardak qırışları aradan qaldırmaq mümkün olar.

Açıq havada qurutma üsulu

İsti və yavaş əsən küləkli havada paltarlarınızı tarım ormada asaraq qırışlardan xilas olmaq mümkündür.

Fenlə qurutma

Nazik bluz, şərf və digər tez qırışan paltarlarınızı yüngül nəmliykən gərgin formada tutaraq fenlə həm qurudub, həm də ütüləyə bilərsiniz.

Duş buxarından faydalanın

Duş qəbul edərkən geyimlərinizi sudan uzaq və nəm olmayan yerə asın. Duş buxarı paltarlarınızda ütülənmiş və qırışsız bir görünüş yaradacaq.

Su üsulu

İnadçı qırışlar bəzən ütüylə də düzəlmir. Bu vəziyyətə ən praktik həll yolu qırışmış bölgəni su ilə islatmaqdır. Bu halda su ilıq olmalıdır. Su ilə islatdığınız bölgəyə son olaraq sobada isitdiyiniz bir qab qoyun. Qırışların bir anda itdiyini fərq edəcəksiniz.

Buz üsulu

Qırışlar üçün son zamanlar çox istifadə edilən digər üsul da buzdur. Qırış olan yerlərin üzərində buz gəzdirin, eyni anda hər hansı quruducu vasitə ilə üstündən keçin.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler