» » VİDEO: Süd alarkən diqqətli olun!

VİDEO: Süd alarkən diqqətli olun!

Bölmə: MARAQLI
VİDEO: Süd alarkən diqqətli olun!

Bazarların qarşısında dayanmış kiçik tutumlu süd maşınında, işlənmiş su qabları və sellofan qablarda süd satışı həyata keçirilir.

Xalqinfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, son vaxtlar belə avtomobilləri paytaxtın hər yerində görmək olur.

Belə avtomobillərlə satılan südə maraq böyük olsa da, Gigiyena və Epidemiologiya Mərkəzi həyacan təbili çalır.

Ziyədin Kazımov bildirir ki, çiy süd sağıldıqdan 2-7 saat sonra satılmalıdır ki, belə südlər də rayondan gətirildiyi üçün bu müddətə satılması mümkün deyil. Belə olduqda südün tərkibində turşuluq artır ki, bunun qarşısını almaq üçün sahibkarlar içinə soda əlavə edirlər.

Çiy südün saxlama temperaturu müsbət 6 dərəcə olmalıdır.

Bazarlarda plastik qablarda satılan südlərə də rast gəlmək olur. Mütəxəssilər belə südlərin də insan saxlamlığı üçün təhlükəli hesab edirlər. Gigiyena və Epidemiologiya İdarəsindən bildirirlir ki, hazırda sahibkarlıq obyektlərinə yoxlama dayandırıldığından belə şəxslərə qarşı rəsmi tədbir görülə bilmir. Amma konkret ziyanla nəticələnən vətəndaş şikayəti olsa, həmin şəxslər vurduqu ziyana uyqun cərimələncək. Çünki qida təhlükəsizliyi ölkəmiz üçün ən prioritet sahələrdəndir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler