» » Marsda şəhər salınacaq -

Marsda şəhər salınacaq - Fotolar

Bölmə: MARAQLI
Marsda şəhər salınacaq -
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Marsda yaşamağa yararlı olan şəhər salmağı planlaşdırır. Belə ki, bununla bağlı “Mars 2117” layihəsi artıq təqdim edilib. Layihəyə əsasən şəhər robotlar tərəfindən inşa ediləcək.

Xalqinfo.az Azərtac-a istinadla xəbər verir ki, beynəlxalq təşkilatların və şirkətlərin tərəfdaşlığı ilə 100 il müddətində həyata keçiriləcək bu layihəni BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum sosial mediada elan edib. Onun sözlərinə görə, layihə biliklərin və elmi qabiliyyətlərin əldə olunmasına, universitetlərin araşdırma mərkəzlərinə çevrilməsinə və növbəti nəsillərdə liderlik stimulunun yaranmasına yönəlib. O deyib: “Digər planetlərdə yaşamaq insanların arzusudur. Məqsədimiz bu cür beynəlxalq layihələrə BƏƏ-nin rəhbərlik etməsidir”.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Marsda şəhər salınacaq -
Marsda şəhər salınacaq -
Marsda şəhər salınacaq -
Marsda şəhər salınacaq -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler