» » Azəbaycanda kişilərin sayı azalıb-90 ilin fərqi

Azəbaycanda kişilərin sayı azalıb-90 ilin fərqi

Bölmə: MARAQLI
Azəbaycanda kişilərin sayı azalıb-90 ilin fərqi
Azərbaycanda ötən 90 il ərzində əhalinin ümumi sayında kişilərin faiz göstəricisi qadınlara nisbətən azalıb.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, 1926-cı ildə Azərbaycanda əhalinin sayı 2.313.700 nəfər olub ki, bunun da 1.212.400 nəfərini (52,4 faiz) kişilər, 1.101.300 nəfərini (47,6 faiz) isə qadınlar təşkil edib.

Ondan sonrakı bütün illərdə isə əhalinin ümumi sayında kişilərin faiz göstəricisi qadınlara nisbətən azalmaqda davam edib. 2016-cı ilin yekunlarına əsasən isə Azərbaycan əhalisinin ümumi sayı 9.705.600 nəfər olub ki, bunun da 4.835.600 nəfərini (49,8 faiz) kişilər, 4.870.000 nəfərini (50,2 faiz) isə qadınlar təşkil edib.

Göründüyü kimi, XX əsrin birinci yarısında ölkədə kişilərin sayı qadınlara nisbətən çox olub. Lakin baş vermiş repressiya və İkinci Dünya müharibəsi illərində kişilərin çoxsaylı tələfatı nəticəsində əsrin ikinci yarısından bu göstərici dəyişib. Bununla belə, son 40 ildə kişi və qadınlar arasında fərqin nisbətən azalması müşahidə olunur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler