» » Xərçəng olan ər-arvaddan şok addım - Əl-ələ intihar etdilər

Xərçəng olan ər-arvaddan şok addım - Əl-ələ intihar etdilər

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Xərçəng olan ər-arvaddan şok addım - Əl-ələ intihar etdilər
Türkiyənin İzmir şəhərinin Çeşmə rayonuna istirahətə yollanan 70 yaşlı Altay Çetin və 68 yaşlı Ülkər Çetin öləndən sonra ölkədə məşhurlaşıb.

Xalqinfo”nun “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Çeşmədə hotelə yerləşdikdən bir müddət sonra bəzi əşyaları və mobil telefonlarını otaqda qoyan yaşlı cütlük gecə saatlarında məkanı tərk edərək qeyb olublar. Bir neçə yaxınına intihar edəcəklərinə dair mesaj göndərən Çetin ailəsindən uzun müddət xəbər çıxmayıb.

Təhlükəsizlik qüvvələri tərəfindən dənizdə və bir çox məkanda axtarılan cütlüyün cəsədi 3 gün sonra tapılıb.

Hotelin xidmətçiləri yaşlı insanların intihar etmızdən öncə yazdıqları iki məktubu tapıblar. Bunlardan birinin intihar, digərinin isə hotelin səlahiyyətli şəxslərinə 2 min lirə bəxşiş buraxdıqlarından bəhs edən məktub olduğu bəlli olub.

Cütlüyün məktubdakı son sözləri: “Heç kimin təsiri və müdaxiləsi olmadan həyatımıza son veririk. Bədənlərimizi 9 sentyabr Universiteti Tibb Fakultəsinə bağışlayırıq. Xahiş edirik lazım olanı edin. Çox xoşbəxt bir həyat yaşadıq. Heç kimi incitmədən, qırmadan, möhtaç olmadan gedirik”.

Altay Çetin və Ülkər Çetinin xərçəng xəstəsi olduqlarına görə intihar etdikləri müəyyənləşib. Onlar məktubda Çeşməni çox sevdiklərinə görə burada intihar etməyə üstünlük verdiklərini yazıblar.

Cütlük bundan əlavə bütün var-dövlətini xeyriyyə qurumlarına vəsiyyət edib.


Leyla Həsənova

Xərçəng olan ər-arvaddan şok addım - Əl-ələ intihar etdilər
Xərçəng olan ər-arvaddan şok addım - Əl-ələ intihar etdilər

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler