Yerə nə zaman enəcəyik? - Dünyanın 6 ən uzun aviamarşurutuBölmə: MARAQLI
Bu ilin fevral ayının əvvəlində Qatar Airways dünyada ən uzun kommersiya uçuşunu reallaşdırdı. Uçuş Dоhadan (Qətər) Oklendə (Yeni Zellandiyaya) baş tutmuşdu. Bu uçuşdan sonra ən uzun aviamarşurutların siyahısı hazırlanıb. Xalqinfo.azuzun məsafəli aviamarşurutları təqdim edir: Doha – Oklend 14,5 min kilometr Qatar Airways aviaşirkəti Reysin nömrəsi: QR 920. 2017-ci ilin fevralında reallaşdırılıb. Uçuş vaxtı 16 saat 23 dəqiqə. (əks reys - 18 saatdan çox) Təyyarə: Boeing 777 Salonda ekonomklassda 217, biznes-klassda 42 yer olub. Ekipajın tərkibinə 4 pilot, 15 bort baxıcısı daxildir. Əks reysin 18 saat olmasına gəlincə, küləyin əsmə istiqamətinə görə, sərnişinlər havada 2 saat artıq qalırlar. Dubay – Oklend, 14,2 min kilometr Emirates aviaşirkəti Reysin nömrəsi: EK 449, Uçuş 2016-cı ilin martında reallaşdırılıb. Uçuş saatı: 17 saat 25 dəqiqə Təyyarə: Airbus А380 Uçuş 17 saat olub. Dallas- Sidney 13,8 min kilometr Qantas aviaşirkəti Reysin nömrəsi QF 8, Uçuş 2014-cü ilin sentyabrında reallaşdırılıb Uçuş saatı 16 saat 55 dəqiqədir. Təyyarə: Airbus A380-800 Bu Avstraliya və ABŞ-ın şərq sahili arasında tək birbaşa reysdir. Təyyarə həftənin 2-ci günləri istisna olmaqla hər gün uçur. Təyyarədə 64 yer biznes-klass, 35 yer premium-ekonomklass, 371 yer ekonomklass üçün nəzərdə tutulub. San-Fransisko - Sinqapur, 13,6 min kilometr United Airlines, Singapore Airlines aviaşirkəti Reysin nömrəsi UA I, uçuş 2016-cı ildə reallaşdırılıb. Uçuş saatı 16 saat 30 dəqiqədir. (17 saat 15 dəqiqə qış cədvəli üzrə) Təyyarə: Boeing 787-9 / Airbus A350-900 Yohannesburq - Atlant, 13,6 min kilometr Delta Airlines aviaşirkəti Reysin nömrəsi DL 201, uçuş 2009-cu ildə reallaşdırılıb. Uçuş saatı 16 saat 50 dəqiqədir. (16 saat 55 dəqiqə qış cədvəli üzrə) Təyyarə: Boeing 777-200LR Əbu-Dabi - Los-Anceles, 13,5 min kilometr Etihad Airways aviaşirkəti Reysin nömrəsi: EY 171, 2014-cü ilin iyununda uçuş reallaşdırılıb Uçuş saatı 16 saatlarla 30 dəqiqə Təyyarə: Boeing 777-200LR BƏƏ-nin paytaxtına əvvəlcə Airbus A340-500 uçuş reallaşdırırdı. Salon 240 sərnişin (12 birinci klass, 28 biznes-klass, 200 yer isə ekonomklassda var idi) tuturdu. 2014-cü ilin iyulundan uçuş Boeing 777-200LR ilə həyata keçirilir. İndi ekonomklassda yer daha azdır. Cəmi 189 yer var. Əvəzində biznes-klass salonu 40 kresloya malikdir. Xalqinfo.az |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|