» » “Heç kəs istəməz ki, sevdiyindən ayrı qalsın...” - Nigar

“Heç kəs istəməz ki, sevdiyindən ayrı qalsın...” - Nigar

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
“Heç kəs istəməz ki, sevdiyindən ayrı qalsın...” - Nigar

"Heç kəs istəməz ki, sevdiyi insandan ayrı qalsın. Ancaq biz bu məhrumiyyətlərin olduğunu bilə-bilə evləndik. Sözsüz ki, hər görüşdən sonra adam görüşün bitməsini istəmir. O isə hər dəfə mənə, məni çox sevdiyini və hər şeyin yaxşı olacağını deyir".

"Xalqinfo" xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində bir müddət əvvəl həbsxanada Seymur Həzi ilə ailə həyatı quran gənc fəal Nigar Yaqublu deyib.

O, sevgidə pulun, var-dövlətin önəmli olmadığını qeyd edib:

"Məncə, pul da, var-dövlət də önəmli deyil. Əgər insan sevirsə, bununla da hər şey bitir. Əsas sevdiyin insanın yanında olmasıdır. Gerisi boş şeylərdir. İnsan onlarsız da xoşbəxt ola bilər. Məsələn, bizim nə pulumuz var, nə də var dövlətimiz. Bu durumda belə, xoşbəxtik".

N. Yaqublu hələ ki, uşaq barəsində düşünmədiklərini bildirib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Heç kəs istəməz ki, sevdiyindən ayrı qalsın...” - Nigar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler