» » Azərbaycandan pulsuz samovar çıxa bilməz -

Azərbaycandan pulsuz samovar çıxa bilməz - Monopoliya, yoxsa?..

Bölmə: MARAQLI
Azərbaycandan pulsuz samovar çıxa bilməz -

“Xaricdə yaşayan dostumuza samovar lazım oldu. Aldım, ancaq göndərmək üçün it zülmü çəkdim”.

Xalqinfo” xəbər verir ki, bu sözləri jurnalist Coşqun Eldaroğlu sosial şəbəkədə yazıb. O bildirib ki, hazırda İncəsənət Muzeyi samovar monopoliyası ilə məşğul olur:

“Sizin muzeylərə ürəyiniz yansın, tez-tez xalqı tənqid eləyin ki, muzeyə getmirlər. Gözünə döndüyüm İncəsənət Muzeyi də gəlib samovar monopoliyası ilə məşğul olsun. Hər yerdə bürokratik əngəl var. İncəsənət Muzeyinin şəhadətnaməsi olmasa, ölkədən samovar çıxa bilməz. Həftədə bir dəfə komissiya təşkil edirlər, samovarın heç üzünə baxmırlar, deyirlər, pulu bəri ver”.

C. Eldaroğlu onu da qeyd edib ki, rüsum 15 manat olsa da, məlumatsız şəxslərdən 30 manat tələb olunur. Əvəzində möhürlü şəhadətnamə verilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler