» » Dişləri plombsuz müalicə etmək mümkün olacaq

Dişləri plombsuz müalicə etmək mümkün olacaq

Bölmə: MARAQLI
Dişləri plombsuz müalicə etmək mümkün olacaq

Britaniya alimlərinin fikrincə, zədələnmiş dişləri plombsuz bərpa etmək mümkündür. "Xalqinfo" trend-ə istinadən xəbər verir ki, London Kral Kollecindən bir qrup alimin fikrincə, “Tideglusib” adlı kimyəvi maddə siçanlarda olan diş pulpası hüceyrələrini dişdəki kiçik deşiyi sağaltmağa yönəldə bilər. Bu üsul “tam və səmərəli təbii yolla bərpa olunmağa” gətirib çıxaracaq.

Dişlərdə regenerasiya qabiliyyəti çox məhduddur. Əgər daxili diş pulpası dağılarsa, insan orqanizmi sərt diş toxuması olan dentinin nazik təbəqəsini əmələ gətirməyə qadirdir, lakin böyük zədələr bu yolla sağalmır.

Stomatoloqlar kariyesi adətən metal amalqamadan olan plombun və ya tozabənzər şüşə və keramika kompozitinin köməyilə müalicə edirlər. Lakin plombları müntəzəm dəyişmək lazımdır. Odur ki, tədqiqatçılar dişlərin təbii regenerativ qabiliyyətini gücləndirməyə ümid bəsləyirlər.

Alimlər bildirirlər ki, “Tideglusib” preparatı diş pulpasında gövdə hüceyrələrinin fəallığını artırır ki, bu da siçanların dişində 0,13 millimetr diametrində deşiyi bərpa etməyə imkan verir. Dişin zədələnmiş hissəsinə preparata hopdurulmuş bioloji üsulla həll olan süngər yerləşdirilib və üstü qoruyucu maddə ilə örtülüb. Süngər parçalanandan sonra onu dentin əvəz edib və diş sağalıb.

Hazırda tədqiqatçılar bu yolla daha böyük zədəsi olan dişi bərpa etməyin mümkünlüyünü araşdırırlar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler