» » Antarktidada nəhəng aysberq qırılır -

Antarktidada nəhəng aysberq qırılır - Foto

Bölmə: MARAQLI
Antarktidada nəhəng aysberq qırılır -

Tarixən müşahidə edilmiş 10 ən böyük aysberqlərdən biri Antarktidadan qırılmaq üzrədir, alimlər deyib.

Xalqinfo.az “Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Larson C şelf buzlağındakı çat birdən-birə dekabr ayında sürətlə böyüyüb və nəticədə 5 min kvadrat kilometr buzlaq hissəsini yerində saxlamağa qalan buzdan yalnız 20 kilometr qalıb.

Larsen C şelf buzlağı Antarktidanın ən şimali mühüm şelf buzlağıdır.

Swansea universitetindən alimlər deyirlər ki, bu hissənin qırılması şelf buzlağının gələcəkdə parçalanmasına yol verəcək.

Qərbi Antarktidanın ucunda yerləşən Larsen C şelf buzlağı təxminən 350 metr qalınlığındadır və onu qidalandıran buzlaqların axınını yavaşladır.

"Əgər o bir neçə ay ərzində qırılmasa mən təəccüblənərəm", Swansea universitetindən profesor Adrian Luckman BBC-yə deyib.

Alimlər bunu iqlim dəyişikliyi yox, çoğrafi bir hadisə adlandırırlar. Çat on illərdir ki, mövcuddur və təsadüfən indi sürətlə böyüyüb.

Ehtimallara görə, Larsen C-nin özündə saxladığı buzun hamısı dənizə daxil olsa, qlobal dəniz səviyyəsi 10 santimetr arta bilər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler