» » Stalinin “çar oğlu”:

Stalinin “çar oğlu”: Romanov taxtından Kremlə uzanan yol

Bölmə: MARAQLI
Stalinin “çar oğlu”:

Nikolayın varisi necə kommunist oldu?

Rusiyanın sonuncü çar ailəsi olan Romanovlar sülaləsinin taxtdan salınması ilə bütöv bir ailənin üzvlərinin güllələndiyi barədə xəbərlər zaman-zaman təkzib olunub. Kimi Romananovların nümayəndələrinin başqa adla xarici ölkələrdə yaşadıqlarını, kimisi də elə Rusiyada qalaraq normal həyatına davam etdiyini iddia edib. Belə bir zamanda arxiv materialları bu və ya digər fikirlərin təsdiqi, yaxud təkzibi üçün əsas vasitə hesab olunur.

ARAYIŞ: Moskva böyük şahzadəsi I.İvan Kalitanın dövründə yaşayan Moskvalı boyar Andrey İvanoviç Kobylanın (Kambila) soyundan gələn Romanovlar adlarını Roman Yurevden alıblar. Yurevin qızı Anastasiya Romanovna ilk rus çarı Qorxunc İvanın ilk arvadı idi. Anastasiyanın qardaşı Nikita Romanoviçin uşaqları da babalarının şərəfinə Romanov soyadını götürüb. Çar Aleksey Mixayloviç Romanovun hakimiyyəti dövründə (1645-1676) xalq üsyanı zamanı əsgərlər qiyamçılardan birinin arvadı və uşağını boğaza qədər torpağa basdırıb onların gözləri baxa-baxa ölməsinə şərait yaradırlar. Bu zaman övladı gözü qarşısında can verən bu qadın bütün Romanovlar nəslinə lənət yağdırır. Çarın ilk nikahından olan üç oğlundan ikisi dərhal ölür. Üçüncüsü Fyodor Alekseyeviç isə ağıldan kəm, zəif və sonsuz olur. Çarın digər arvaddan olan oğlu da Fyodor kimi xəstə olur və 30 yaşında vəfat edir. Çar I Pyotrun isə başına gələnləri hər kəs bilir. Onun 11 uşağından səkkizi gənc yaşlarında vəfat edir. O, yeganə varisi Alekseyi atasının apardığı islahatlara əməl etmədiyinə görə dar ağacından asdırır. Romanovlar 1797-ci ilə qədər nizamlı bir varislik sistemi yarada bilməyiblər. Rəhbərliklərinin ilk əsrində taxta Rurik ailəsində olduğu kimi adətən çarın ən böyük oğlu, əgər oğlu yoxdursa ən yaxın və yaşca ən böyük kişi qohumu keçirdi. Beləcə Mixailin yerinə oğlu Aleksey, onun yerinə də oğlu III Fyodor çar oldu. Amma Fyodorun ölümündən sonra həm qardaşı İvan, həm də ögey qardaşı Pyotr taxt üzərində haqq iddia etdi. Ölkə məclisi Pyotru çar seçsə də, İvanın ailəsinin gözətçi birlikləri üsyana təşviq etməsi nəticəsində 1682-ci ildə hər ikisinə də I Pyotr və V İvan adlarıyla tac qoyuldu.

İvan 1696-cı ildə fəvat etdi və Pyotr təkbaşına çar oldu. 16 fevral 1722-ci ildə çarlara vəliəhd müəyyən etmək haqqını qazandıran "Varislik " qanunu qüvvəyə qoydu. Amma imperator adlandırılan ilk rus çarı Pyotr vəliəhdini təyin etmədən vəfat etdi və taxta onun ikinci xanımı I Yekaterina keçdi. I Yekaterinanın 1727-ci ildə ölümünün ardından taxta I Pyotrun nəvəsi II Pyotr oturdu. Onun 1730-cu ildə ölməsindən sonra V İvanın həyatdakı kiçik qızı Anna çariça oldu. Anna 1740-cı ildə dünyasını dəyişdi. Onun bacısının qızı olan Anna Leopoldovnanın iki aylıq oğlu VI İvan çar elan edildi. Anna Leopoldovna isə oğlunun taxt naibliyini boynuna götürdü. Amma ertəsi il taxtdan endirilən İvanın yerinə taxt I Pyotr ilə I Yekaterinanın qızı Yelizavetaya nəsib oldu. Yelizavetanın yerinə 1762-ci ildə qardaşı oğlu III Pyotrun çar olmasıyla Romanovlarının kişi qolu aradan qalxdı, amma Romanov adı qorundu.

III Pyotr çox qısa sürən rəhbərliyinin ardından 15 yaşında toy günündə vəfat etdi və 1762-96 illərində alman şahzadəsi olan arvadı, II Yekaterina adıyla hökmran oldu.

Daha sonra onun III Pyotrdan olanm oğlu I Pavel taxta çıxdı. I Pavel 5 Aprel 1797-cu ildə "Varislik" qanununu dəyişdirdi. Dəyişikliyə əsasən taxt Romanov ailəsinin üzvlərinə müəyyən bir nizamla keçməlim idi. Amma o özü oğlu və vəliəhdi I Aleksandrı dəstəkləyən saray çevrilişi nəticəsində öldürüldü. Aleksandrın ölümündən sonra isə taxtın qanuni varisi olan qardaşı Konstantinin o biri qardaşı I. Nikolayın lehinə taxtdan gizlicə imtina etməsi varislik sistemində qarışıqlığa gətirib çıxardı. Daha sonra taxta çıxışlarda Pavelin qoyduğu qaydalara riayət edildi və ölkəni sırayla II Aleksandr, III Aleksandr və II Nikolay idarə etdi.
II. Nikolay qardaşı Mixailin lehinə 2 mart 1917-ci ildətaxtdan əl çəkmək məcburiyyətində qaldı, amma Mixail taxta çıxmağı rədd etdi. Nikolay və ailəsinin bütün üzvləri iyul 1918-ci ildə Yekaterinburqda güllələndiyi deyilir.

Güllələrdən hakimiyyətə

Rusiyada tarixə aid bir çox materialların, sənədlərin saxlandığı Arxiv İdarəsi əvvəl Mədəniyyət Nazirliyinin tabeliyində olsa da, sonradan birbaşa dövlət başçısına tabe etdirilib. Statusun dəyişdirilməsini orda xüsusi dövlət əhəmiyyətli sənədlərin qorunması ilə izah ediblər. Ekspertlər bu dəyişikliyi əlaqələndirmək üçün daha başqa məqamlar axtardığı bir zamanda Prezident Administrasiyası platformasında qeydiyyata alınan "Prezident" qəzetində tarixi arşdırma diqqətləri cəlb etdi.

"Xalqinfo" Cebhe.info-ya istinadən xəbər verir ki, araşdırmada iddia olunurdu ki, çar ailəsindən heç kəs güllələnməyib. Ailə üzvlərinin bəziləri hətta uzun ömür yaşayıblar. Onlardan biri- Aleksey isə hətta SSRİ dönəmində karyera da qurmağa nail olub. İddia əlbəttə ki, diqqətləri çəkməyə bilməzdi. Alekseyin sonrakı həyatı SSRİ dönəmində doğrudan da bu ölkədə yaşaması və hətta vəzifə pilləsində irəliləməsinin mümkünlüyünə inanlar az idi. Amma iddia elə bir mtəbua orqanda dərc olunmuşdu ki, onun ciddiliyinə çətin ki, şübhə edənlər çox olaydı.

Stalinin “çar oğlu”:















Taxt-tacdan SSRİ Nazirlər Sovetinə uzanan yol

Üstəlik də, nəzərə alsaq ki, buna bənər informasiyalar ara-sıra bəzi tarixçilərin də dilindən səslənirdi. Çar ailəsinin gənc üzvü olan Aleksey Nikolayeviç Romanovun Nazirlər Kabinetinin sədri Aleksey Nikolayeviç Kosiqinə çevrildiyi iddiaları gündəmə bomba kimi düşəndə hələ yenidənqurmanın ilk illəri idi. O zamanlar SSRİ tarixinin gizli səhifələrinin açıldığı söylənilərək bir sıra iddialar ortaya atılırdı. Bunlardan biri də Kosiqinə bağlı iddia idi. Deyilənə görə, xəbərin mənbəyi partiya arxivi idi, ordan onu hansısa xəbər mənbəyi "uçurmuşdu". Hətta o qədər ki, bu məlumatı "tarixi lətifə" adlandıranlar vardı. İlk şübhələr də məhz o zaman yarandı. Axı çar ailəsinin üzvlərini cəsədlərini, harda dəfn olunduqlarını kimsə bilmirdi. Möcüzəvi qurtuluşla bağlı söz-söhbət isə hər zaman səslənirdi.

Sonralar isə birdən-birə dəhlizlərdə pıçıltıyla söylənilən, yaxud hansısa tarixçinin naməlum mənbələrə dayanaraq iddia etdiyi bu xəbər nəhayət ki, mətbuata çıxdı. Həm də elə bir mətbu orqanda ki, onu əsl sensassiya adlandırmaq olardı. Qəzet bu suala cavab axtarırdı: Çar ailəsinin bu üzvü saxlandıqları evdən qaça, yaxud qaçırıla bilərdimi?"

Stalinin “çar oğlu”:
Stalinin “çar oğlu”:













"Romanovlar sağdır"

"Prezident" qəzetində müəllif Sergey Jelenkov yazırdı ki, Romanovlar ailəsini saxladığı evin yaxınlığında fabrik yerləşirdi. 1905-ci ildə fabrikin sahibi inqilabçıların ora gələ biləcəyini nəzərə alaraq yeraltı tunel qazmışdı.Siyasi Büro sözügedən evin sökülməsi barədə qərar verəndən və Boris Yeltsin bu barədə qərarın icrasını tapşırdıqdan sonra buldozer söküntü işləri zamanı həmin tuneli aşkarlamışdı.

Stalinin “çar oğlu”:





















Tədqiqatçı Tom Manqold və Entoni Sammers 1979-cu ildə nəşr etdirdikləri "Romanovların işi, yaxud olmayan güllələnmə" adlı kitabda bir sıra məqamlara toxunmuşdular. Onlar vurğulayırdılar ki, 1978-ci ildə Brest sülh müqaviləsinə qoyulan 60 illik məxfilik müddəti bitir. Buna görə də arxiv materiallarına baxmaq olduqca maraqlı olardı. İlk növbədə üzə çıxarılan sənəd ingilis səfirinin teleqramı idi. Söhbət o teleqramdan gedirdi ki, səfir orda çar ailəsinin Yekaterinburqdan Permə aparılmasından bəhs edirdi. Ordudakı Britaniya kəşfiyyatının casusu Aleksandr Kolçakın məlumatına görə, 1918-ci il 25 iyulda admiral güllələnən çar ailəsi barədə dərhal araşdırma tələb edib. 3 ay sonra kapitan Namyotkin onun masasının üstünə bir hesabat qoyub. Həmin hesabatda bildirilirdi ki, çar ailəsinin güllələnməsi əvəzinə güllələnmə oyunu oynanılıb. Kolçak buna inanmayıb və ikinci araşdırma tələb edib. Bu dəfə iş tədqiqatçı Sergeyevə tapşırılıb. Onun da nəticələri birincini təsdiqləyib. Onlarla parallel olaraq kapitan Malinovskinin komissiyası da işləyirdi. 1919-cu ildə sözügedən komissiya da belə bir rəy hazırladı: "Mənim işlərimin nəticəsi olaraq belə söyləməyə əsas var ki, ailə sağdır. Tədqiqat zamanı əldə edilən bütün faktlar güllələnmənin görüntü olduğunu söyləməyə əsas verir".
(ardı var)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler