» » “Şahdağ”a 20 min turist getdi

“Şahdağ”a 20 min turist getdi

Bölmə: MARAQLI, GÜNDƏM
“Şahdağ”a 20 min turist getdi

“Şahdağ” Turizm Mərkəzinə rekord sayda turist gedib. "Xalqinfo" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bayram günləri ərəfəsində 20000-dən çox turist qəbul edən mərkəzdə təkcə 2 yanvar tarixi üçün 6000 nəfərdən çox turist qeydə alınıb. Ümumilikdə, qış mövsümü açılandan – 15 dekabr tarixindən bu günədək Şahdağı ziyarət edənlərin sayı 35000 nəfərdən çox olub.

Eyni zamanda, “Şahdağ” Turizm Mərkəzində Yeni İl bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində 4 yanvar 2017-ci il tarixində Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında hazırlanan teatr tamaşası səhnəyə qoyulmuşdur. Əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak etmişdir, tamaşada cəmiyyətimizin müasir problemlərinə toxunulmuş, əxlaqi-tərbiyəvi mesajlar verilib.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə daim diqqət ayrılır. Belə ki, ötən mövsümlərdə də qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” kimi klassik əsərləri səhnələşdirilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler