» » 5,5 milyon avroluq brilyant oğurlandı

5,5 milyon avroluq brilyant oğurlandı

Bölmə: MARAQLI
5,5 milyon avroluq brilyant oğurlandı

Parisin 8-ci rayonundakı zərgərlik mağazalarından birindən 5,5 milyon avro dəyərində brilyant oğurlanıb.

Xalqinfo.az xəbər verir ki, təxminən qırx yaşlarında olan bir şəxs mağazaya daxil olaraq özünü zərgərlik üzrə mütəxəssis kimi təqdim edib və dekabrın 30-na görüş götürüb. Həmin gün zərgər naməlum şəxsə iki ədəd xalis brilyant və iki ədəd brilyant və digər qiymətli daşlarla bəzədilmiş üzük göstərib. Naməlum şəxs mağazadan heç nə almayaraq oranı tərk edib.

Satıcı yalnız günortadan sonra xəbər tutub ki, naməlum şəxs onun göstərdiyi brilyantları və üzükləri saxta nüsxə ilə əvəz edib və orijinal daş-qaşı oğurlayıb. Dəymiş ziyanın məbləği 5,5 milyon avro həcmində qiymətləndirilir.

Paris Polisinin Banditizmə Qarşı Mübarizə Briqadası hadisə ilə bağlı məlumatlandırılıb. (Azərtac)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler