» » “Facebook” hesabınız təhlükə altında

“Facebook” hesabınız təhlükə altında

Bölmə: MARAQLI
“Facebook” hesabınız təhlükə altında

“Facebook” sosial şəbəkəsində istifadəçilərin məlumatlarını təhlükəyə qoyan yeni sistem boşluğu aşkar edilib.

Xalqinfo” “Technote”yə istinadən xəbər verir ki, sözügedən sistem boşluğunu amerikalı proqramçı Tommy DeVoss aşkar edib.

Onun sözlərinə görə, bu sistem boşluğu vasitəsilə istifadəçilərin mail ünvanlarını öyrənmək olar. Mütəxəssis istifadəçilərin müxtəlif mövzularda bir araya gəldikləri “Groups” funksiyasını nəzərdə tutur.

Məlumdur ki, bu cür gizli qruplarda etibarlı məxfilik ayarları olur. Lakin buna baxmayaraq qrupun administratoru istənilən istifadəçinin şəxsi məlumatlarını əldə edə bilər. Sistem çox sadədir. “Facebook”a mobil cihazdan daxil olan zaman istifadəçi istər-istəməz özü haqqındakı məlumatların öyrənilməsini təmin edir. Bu zaman isə istifadəçinin elektron poçt ünvanı haqqında məlumatların olduğu URL səhifəyə keçid olunur.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler