» » Bulvarda uşaqlar üçün pulsuz atraksionlar

Bulvarda uşaqlar üçün pulsuz atraksionlar

Bölmə: MARAQLI
Bulvarda uşaqlar üçün pulsuz atraksionlar

Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə Milli parkda atraksionlardan, qatarlardan və gəmi gəzintisindən pulsuz istifadə aksiyası təşkil edilib.

Xalqİnfo” xəbər verir ki, yaşı 15-ə qədər olan uşaqlara səhər saat 10:00-dan 14:00-dək bulvardakı atraksionlardan, qatarlardan və sərnişin gəmisindən pulsuz istifadə haqqı verilmişdir. Aksiyada bütövlükdə 15 mindən çox insan iştirak etmiş və aksiyadan yararlanmışlar.

Ümumilikdə aksiyada 4 qatardan, “Qorxulu Ev”, “Sinema 7D”, “Kosmos”, “Uçan boşqab”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” adlı atraksionlardan, 2 avtodrom, uşaq povliyonu, 2 karnavaldan və 1 “Mirvari” gəzinti gəmisi istifadə olunub.

Aksiyada vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə İdarə əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və tədbir uğurla reallaşdırıb.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən gələcək də bu tipli sosial aksiyaların həyata keçirilməsi nəzərdə tutulur.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler