» » Astrofizik necə İŞİD-çi oldu? - Sirlərlə dolu qərar

Astrofizik necə İŞİD-çi oldu? - Sirlərlə dolu qərar

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Astrofizik necə İŞİD-çi oldu? - Sirlərlə dolu qərar

İŞİD-in son zamanlar müxtəlif ölkələrdə, xüsusilə də, Türkiyədə terror aktlarının artdığı bir zamanda vaxtilə təşkilata üzv olan türkiyəli Raşid Tuğral təşkilata necə üzv olması ilə bağlı paylaşdığı məktub yenidən gündəmə gəlib.

Xalqİnfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu ilin iyul ayında həyatını itirdiyi güman olunan astrofizik öz məktubunda xeyli maraqlı məqamları qeyd etmişdi. Bu səbəbdən də, gəncin etirafları və həyat hekayəsi qısa zamanda böyük marağa səbəb olmuşdu.

Raşid Tuğral kim idi?

Raşid Ankarada təhsilə xüsusi diqqət edən dindar bir ailədə doğulub. Əvvəlcə Türkiyədə, daha sonra Finlandiyada fizika təhsili alıb. Astrlogiya və fotoqrafiyaya marağı olan Raşidin çəkdiyi fotolar "National Geographic"də yayımlanıb.

Ancaq o, 2015-ci ildə ölkəsinə qayıdan zaman gözlənilməz halda İŞİD-ə üzv olub. Feysbukda yazdığı “xilafət torpaqlarından hamıya salam” sözləri yaxınlarını təəccüblləndirib. Raşid oraya getməsinin elə də asan olmadığını qeyd edib:

“Sərhədi çox çətinliklə keçdik və xeyli yol qaçmaq məcburiyyətində qaldıq. Orada yeganə türk mən idim”.

Astrofizik necə İŞİD-çi oldu? - Sirlərlə dolu qərar














Daha sonra onlar üçün ayrılmış evdə holland, fransız, banqladeşli, alman və digər ölkələrdən olan müsəlmanlarla qalan Raşid üçün əvvəlcə kod ad verilib:

“Məndən hansı camaatdan olduğumu soruşdular. Mən də oxuduğum yerin adını çəkəndə bir az təccübləndiklərini gördüm. Daha sonra bizə təlimlər keçirilməyə başlandı. Təlimlərdə hər şey, xüsusilə də, əmrlərə itaətkarlığımız qiymətləndirilirdi. Gələcəkdə bu qiymət ortalamasının xüsusi rolunun olacağı deyilirdi”.

Raşid məktubda təmizliyə diqqət edilməməsindən, yemək və onlara verilən məvaciblərdən bəhs edir:

“Həftədə bir qoyun kəsilirdi. Tayfamızda 30 nəfər olduğu üçün həftənin 4-5 günü ətli yemək yeyirdik. Hər gün banan və portağal, 3-4 gündən bir “snickers” verilirdi. Subay mühacirlərin aylıq maaşı 100 dollardır və onlar 7 nəfərlik evlərdə qalırlar. Xəstəxana kimi xidmətlər pulsuzdur. Bundan başqa, yemək də İŞİD tərəfindən verilir. Mühacirlər 4 ay sonra evlənərsə, ev və ailə üçün maddi yardımla təmin olunur”.

Suriya ordusu ilə döyüşlərindən yazan təşkilat üzvü döyüşə gedənlərin imkan olduqda öldürdükləri suriyalı əsgərlərin başını kəsib gətirdiklərini bildirib.

Raşidin tələbə olduğu zaman çəkdiyi bəzi fotolar:


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Astrofizik necə İŞİD-çi oldu? - Sirlərlə dolu qərar
Astrofizik necə İŞİD-çi oldu? - Sirlərlə dolu qərar
Astrofizik necə İŞİD-çi oldu? - Sirlərlə dolu qərar
Astrofizik necə İŞİD-çi oldu? - Sirlərlə dolu qərar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler