» » Depresiya eşitməyə təsir edirmiş

Depresiya eşitməyə təsir edirmiş

Bölmə: MARAQLI
Depresiya eşitməyə təsir edirmiş

Uşaqların eşitmə hissinin pisləşməsi ilə depresiyanın artması arasında əlaqə artıq təsdiq olunub. Ancaq həmin tədqiqatı eyni ilə böyüklərə şamil etmək üçün məlumatlar az idi.
"AMA Otolaryngology-Head & Neck Surgery" jurnalında dərc olunan məqalədə həmin məsələ öz əksini tapıb.

Doktor Çuan-minq-li və həmkarlarının keçirdiyi araşdırmalarda yaşları 18-dən yuxarı olan 18 min nəfər iştirak edib. Nəticədə alimlər depressiya səviyyəsinin eşitmə hissinə təsirini öyrəniblər. Məlum olub ki, eşitmə hisslərinin pozulduğunu etiraf edənlərdə depresiya səviyyəsi 11,4% olub.

Qadınlarda depresiya ilə eşitmə zəifliyi arasında bağlılıq kişilərlə müqayisədə daha çox olub. Bəzi faktorlar, o cümlədən, orqanizmin spesifik sağlamlığı və depresiyanın artma riski qeydə alındıqdan sonra tədqiqatçılar bu qənaətə gəliblər ki, doğrudan da, karlıq ilə depresiya arasında bağlılıq var. Bu bağlılıq qadınlar arasında daha çox hiss olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler