» » Dolları lirəyə çevirənə, gül buketi hədiyyə... -

Dolları lirəyə çevirənə, gül buketi hədiyyə... - Türkiyədə ucuzlaşan lirəyə dəstək

Bölmə: MARAQLI
Dolları lirəyə çevirənə, gül buketi hədiyyə... -

Türkiyədə dollar rekord həddə bahalaşmağa başlayandan sonra əhali maraqlı kampaniyalara başlayıb.

Xalqİnfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra vətəndaşlar və xırda ticarətlə məşğul olan şəxslər türk lirəsinin bahalaşması üçün dollara qarşı fərqli kampaniyalar keçirməyə başlayıblar. Maraqlı kampaniya keçirənlərdən biri Çankırı bölgəsində gül dükanı işlədən Anıl Özmendir.

O, 100 dolları milli valyutaya çevirib çeki gətirənlərə 1 gül buketi hədiyyə edəcəyini deyib. Özmen bu addımını ölkə iqtisadiyyatına dəstək kimi qiymətləndirib.

Qeyd edək ki, ötən həftə də Aksarayda heyvan bazarındakı satıcılar dolları yandırmışdılar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler