» » Körpəniz hələ də danışmırsa, MÜTLƏQ OXUYUN

Körpəniz hələ də danışmırsa, MÜTLƏQ OXUYUN

Bölmə: MARAQLI
Körpəniz hələ də danışmırsa, MÜTLƏQ OXUYUN

Körpənin bir an öncə dil açıb danışması valideynlərin ən çox gözlədiyi hadisədir. Bunun həyəcanını yaşayan valideynlər müddət uzandıqca stress keçirməyə başlayır. Mütəxəssislər gec danışan uşaqların öz halına buraxılmamağını tövsiyə edir. Bu uşaqları televizordan uzaqlaşdırıb, onlarla danışmaq lazımdır.

Körpələr ilk 3-15 ayında başa düşülməyən, qarmaqarışıq sözlər işlədirlər. Ətraflarında eşitdikləri səsləri təqlid etməyə çalışırlar. Gerçək danışıq isə 18-50 ay arasında baş tutur.

Danışmağa gecikən uşaqlarla bağlı narahat olmamaq lazımdır.

Uşağın mühitlə münasibəti zəka və beyin inkişafı da onun vaxtında danışması ilə bağlıdır.

Övladınızın hər hansı bir problemi yoxdur, ancaq danışmırsa, bu tövsiyələrə əməl edin.

Uşağınızla maraqlanın, ona vaxt ayırın.
Ehtiyaclarını ödəyə biləcəyi sağlam mühit qurun.
Yaşından asılı olmayaraq onunla tez-tez danışın.
Danışarkən səs tonunuzu qaldırmayın.
Hekayə danışın, lay-lay oxuyun.
Birlikdə vaxt keçirin, tək qalmasına icazə verməyin.
Yaşıdları ilə birgə vaxt keçirməsi, onlarla oyun oynaması çox əhəmiyyətlidir.
İnsanlar arasında danışdırmağa çalışın.
Uzun müddət televizor izləməsinə icazə verməyin.
Danışmağa çətinlik çəkdiyini özünə bildirməyin.
Toxunduğu əşyaları ona izah edin, danışmağa təşviq edin və ən əsası səbirli olun.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler