» » Naxçıvanda yeni bəbir tapıldı

Naxçıvanda yeni bəbir tapıldı

Bölmə: MARAQLI
Naxçıvanda yeni bəbir tapıldı

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Soyuqdağ ərazisində və Babək rayonunun Dərəşam adlanan sahəsində apardıqları tədqiqatlar nəticəsində yeni bəbir ailəsi aşkar ediblər.

Xalqİnfo” Azərtac-a istinadən xəbər verir ki, nadir fauna növlərinin daha çox məskunlaşdığı bu dağlıq ərazilərdə quraşdırılan fototələlər vasitəsilə bir bəbir ailəsi və üç balasının yaşadığı məlum olub.

Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun fikrincə, tropik və subtropik qurşaqların tipik nümayəndəsi olan bəbirlərin milli parkın ərazisində yayılması onun yem ehtiyatının olmasından asılıdır. O deyib: “Muxtar respublikada ova qadağanın qoyulması muflonların və bezoar keçilərinin sayının artmasına səbəb olub. Qida bolluğu isə öz növbəsində, ərazilərimizdə dünyanın nadir incilərindən olan bəbirlərin yayılmasına və artmasına münbit şərait yaradıb”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler