» » Çaylardakı son vəziyyət açıqlandı

Çaylardakı son vəziyyət açıqlandı

Bölmə: MARAQLI, GÜNDƏM
Çaylardakı son vəziyyət açıqlandı

Respublikanın çaylarda və transsərhəd çaylarında noyabrın ilk 10 günündə mövcud vəziyyət açıqlanıb.

Xalqİnfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-250, Kiçik Qafqazın çaylarında 240-480, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-140 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, noyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 133 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 147 m3/s təşkil edərək ongünlük normanın 172 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, noyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində, əsasən, azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Bankə 6 və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 8 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 489 (2015-ci il noyabrın 11-də 446 sm), Salyanda 382 (2015-ci il noyabrın 11-də 300 sm), Bankədə 259 (2015-ci il noyabrın 11-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 204 sm (2015-ci il noyabrın 11-də 178 sm) təşkil edir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler