» » Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər

Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər

Azərbaycanda bahalı maşınlar, onların qiymətləri həmişə insanların diqqətini çəkir. Bu gün insanlar istər xırda və ucuz, istərsə də bahalı məhsulların satışında bazar alqı-satqısı ilə yanaşı onlayn alqı satqıya da üstünlük verirlər. Ölkə ərazisində avtomobil alqı-satqısı əksər hallarda həftənin şənbə-bazar günləri maşın bazarlarında baş tutsa da, ölkəmizdə avtomobil alqı-satqısı ilə məşğul olan kifayət qədər onlayn portallar da mövcuddur. Həmin alış-veriş saytları son dövrlər o qədər məşhurlaşıb ki, insanlar artıq bazara getmədən əllərində olan məbləğin müqabilində onların imkanlarına uyğun təqdim edilən avtomobillərlə tanış ola, razılıq əldə olunduğu təqdirdə həmin avtomobili elə saytdan tanışlıq vasitəsi ilə əldə edə bilirlər.

XalqInfo” A24.Az-a istinadən Azərbaycan avtomobil saytlarında yerləşdirilmiş ən bahalı avtomobilləri təqdim edir:

Avtomobil alqı-satqı saytlarında yerləşdirilən ən bahalı maşın Mercedes S 63 AMG-dir. 2015-ci ildə istehsal olunan avtomobilin mühərrikinin həcmi 5.5 L, mühərrikin gücü 585 a.g, getdiyi məsafə 18 kilometrdir. Avtomobil alıcılara nə az, nə çox, düz 375 min dollara (614 min manata) təklif edilir.

Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər













614 min manata satılan Mercedes

Siyahıda ikinci yeri Rolls-Royce Ghost tutub. Mühərrikinin həcmi 6.6 L olan avtomobilin mühərrikinin gücü 563 a.g.-dür. 2014-cü ilin buraxılışı olan avtomobilin qət etdiyi məsafə 360 kilometrdir. Qeyd edilən maşın alıcılara 350000 dollara (573 min 335 manat) təklif edilir.

Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər













573 min 335 manata təklif edilən avtomobil

Azərbaycanda alış-veriş saytlarında müştərilərə təqdim edilən üçüncü ən bahalı avtomobil Lexus LX 570 modelidir. Buraxılış ili 2008 olan bahalı maşının mühərrikinin həcmi 5.7 L, mühərrikinin gücü isə 383 a.g.-dür. 104 000 km yürüşü olan maşın alıcılara fantastik qiymətə- 345 min dollara (565 min 144) təklif olunur.

Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər













565 min 144 manata satılan Lexus

Ölkə ərazisindəki satılan bahalı maşınlar sırasında 4-cü yeri Mercedes S 65 AMG tutur. Avtomobilin qiyməti 325 min 555 (533 min 290 manat) dolardır. Mercedes S 65 AMG-nin mühərrikinin həcmi 6.0 L, mühərrikinin gücü 630 a.g.-dür. Avtomobilin buraxılış ili 2016-cı il, yürüşü isə 0 km-dir.

Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər













Mercedes S 65 AMG

Siyahının növbəti pilləsində yenə Mercedes markalı avtomobil qərarlaşıb. Mercedes G 63 AMG-nin qiyməti 325 min (532 min 382 manat) dollardır. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrikinin həcmi 5.5 L olan maşının mühərrikinin gücü 700 a.g.-dür. Bahalı avtomobilin yürüşü 0 km-dir.

Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər













Mercedes G 63 AMG

Ölkə ərazisində internet portallar üzərindən satılan bahalı maşınların siyahısında 6-cı pilləni də məhz yenə Mercedes, özü də 5-ci pillənin sahibi kimi Mercedes G 63 AMG-dir. Buraxılış ili 2015-ci il olan avtomobilin mühərrikinin həcmi 6.3 L, mühərrikinin gücü 544 a.g.-dür. 0 kilometr “probeqi” olan avtomobilin qiyməti yuxarıdakı eyni modeldən cəmi 5 min dollar fərqlənir. Avtomobil alıcılara 320 min dollara (524 min 190) təklif edilir.

Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər













Mercedes G 63 AMG

Bahalı yeddiliyi yenə “Mercedes”in başqa bir modeli olan S 63 AMG tamamlayır. Mühərrikinin həcmi 5.5 L, mühərrikin gücü 585 a.g. olan maşın alıcılara 310 min dollara (507 min 800 manat) təklif edilir. Avtomobilin yürüşü isə 0 km-dir.

Azərbaycanda satılan ən bahalı maşınlar - Qiymətlər














Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler