» » TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –

TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar – FOTOLAR

Bölmə: MARAQLI
TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –
Bir müddət əvvəl Sumqayıtda 5-ci mərtəbədən yıxılan azyaşlının həyatının həkimlərdən biri tərəfindən xilas edilməsi hamının böyük marağına səbəb oldu. Demək olar hər kəs tibb işçisinin bu fədakarlığını alqışladı. Təbii ki, bu, alqışlanası, təqdir ediləsi addım idi. Bəlkə də daha çox alqışlanası hal insanların həyatının heyvanlar tərəfindən xilas edilməsidir. Özü də bunun bəzi hallarda yırtıcılar tərəfindən olunduğunu eşitdikdə heyrətini gizlədə bilmirsən.

Xalqİnfo.az heyvanların xilas etdiyi insanlarla bağlı faktları təqdim edir.

TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





Yırtıcı aslanların 4 oğru tərəfindən oğurlanmış məktəbli qızın həyatını xilas etmələri Efiopiyada baş verib. Belə ki, cinayətkarlar məktəbdən evə gələn 12 yaşlı qızı oğurlayıblar. Bundan bir neçə həftə sonra oğruların gizləndiyi yerə 3 şir hücum edir. Onlar qızı qoyub qaçırlar. Yırtıcılar isə məktəbliyə toxunmur. Bununla da məktəbli xilas edilir.

Mütəxəssislər hesab edir ki, aslanlar ağlayan qızın səsini miyovuldayan şir balasına bənzətdiklərindən ona toxunmayıblar.

TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





Ürəktutması olan Co Enn Altsman 1998-ci ildə Pensilvaniyada (ABŞ) dincələrkən gözlənilmədən huşunu itirir. Onun Lulu ləqəbli yekəqarın donuzu sahibinin həyatının təhlükədə olduğunu hiss edir. Heyvan həyətdən küçəyə çıxaraq yolda uzanır. Lulunun bu hərəkəti bir nəfərin diqqətini cəlb edir və o heyvanın dalınca evə gəldikdə Co Enn Altsmanın hərəkətsiz uzandığını görən kimi təcili yardıma zəng vurur. Bununla da Altsmanın həyatı xilas olunur.
TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





Naməlum şəxs Oksfordda (Ohayo ştatı) şənlik məclisindən evə qayıdan gənc qadına gözlənilmədən hücum edir. O, qadını yaxınlıqdakı evlərdən birinə dartır, çantanın qayışıyla boğmağa çalışır. Elə bu an yaxınlıqdakı kolda olan maral oğrunu qorxudur. Cinayətkar qaçmağa başlayır. Şok vəziyyətdə olan qadın yenidən şənlik məclisinə qayıdır və polisə zəng vurur.
TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





Kembricdə (Britaniya) yaşayan Saymon Stiqel hələ uşaq yaşlarından diabetdən əziyyət çəkir. Bir dəfə televizor qarşısında əyləşən Saymon gözlənilmədən komaya düşür. Bu zaman onun ev dovşanı Dori sahibinin səhhətinin pisləşdiyini hiss edir. Heyvan sahibinin sinəsinin üstünə çıxaraq atılıb düşməyə başlayır. Saymonun həyat yoldaşı Viktoriya heyvanın qeyri-adi hərəkətindən təəccüblənərək onlara yaxınlaşdıqda hər şey qadına aydın olur. Dərhal evə həkimlər çağırılır.
TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





Azyaşlını təngnəfəslikdən xilas etmiş Uilli ləqəbli tutuquşu bu hərəkətinə görə Qırmızı Xaçla mükafatlandırılıb. Evdə səhər yeməyi yeyən Xananın boğulduğunu hamıdan birinci tutuquşu görür və dərhal qanadlarını həyəcanla bir-birinə vurmağa başlayır. Tutuquşunun qışqırıqları onun sahibəsini və dayəni təşvişə salır. Onlar dərhal azyaşlını xilas etməyə atılırlar.
TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





Ontarioda yaşayan Rial Quindon bədbəxt hadisə nəticəsində öz valideynlərini itirdiyindən açıq səma altında gecələməyə məcbur idi. Valideynlərini itirmiş uşaq gecə yerə uzanıb yatır. Bir az keçmiş hiss edir ki, ona xəzlə örtülmüş ilıq bədən sıxıldı. Rial elə hesab etdi ki, bu itdir. Lakin o, səhərə oyandıqda, yanında üç qunduzun olduğunu gördü. Əgər onlar gecə Riala sığınmasaydılar ehtimal ki, uşaq donub ölərdi.
TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





Bu hadisə isə Çikaqonun (ABŞ) Brukfild heyvanat parkında baş verib. Zooparka gələn ziyarətçilərdən birinin uşağı gözlənilmədən qəfəsin içinə düşür. İçəridəki Binti Jua adlı qorilla isə uşağı boynuna alaraq digər heyvanlardan qoruyur və onu qəfəsin çıxışına gətirərək nəzarətçilərə təhvil verir.
TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





2002-ci ildə Avstraliya fermeri Noel Osborn fermada gündəlik işini yerinə yetirərkən təsadüfən çuxura düşür və boyun sümüyünü sındırır. O, son dərəcə çətin vəziyyətə düşür. Fermer çox uzaqda olduğundan köməyə heç kimi çağıra bilmir. Onun Mendi adlı keçisi beş gün ərzində yağışlı, soyuq gecələrdə sahibini qızdıraraq onun yanında qalır. Amma təəccüblü təkcə bu deyil. Məsələ burasındadır ki, Mendi sahibinin onu sağmasına icazə verərək bununla da Noeli onun həyatı üçün lazım olan qidayla təmin edir.
TÜKÜRPƏDİCİ ANLAR: Heyvanların ölümdən xilas etdiyi insanlar –





2000-ci ildə 16 yaşlı Kevin Xayns depressiyadan əziyyət çəkdiyindən San Fransiskodakı (Kaliforniya) “Qızıl qapılar” körpüsündən özünü ataraq intihar etmək qərarına gəlir. Lakin xoşbəxtlikdən o sağ qalır. Əgər dəniz şiri olmasaydı, o, çoxdan boğulmuşdu. Hazırda hüquq müdafiəçisi işləyən Hayns deyir ki, su heyvanları olmasaydı, çoxdan ölmüşdü.(Publika.az)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler