» » Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...

Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...
Dünyanın ən zəngin şəhərlərindən biri olan Dubaya səyahət etmək bəlkə də çoxlarının arzusudur. Kimi bu şəhərdə istirahət və ya alver etmək istəyir, kimi də sadəcə Dubay səhrasını görmək...

Birləşmiş Ərəb Əmirliyinin ən böyük şəhəri olan Dubayın 2 milyon 300 mindən çox əhalisi var ki, bunun da demək olar 30 faizini yerli ərəblər, qalanını isə köçmələr təşkil edir. Burda ərəblərlə müqayisədə Hindistan, Flippin, Pakistan, Çin, Yaponiya əsilli insanları daha çox görmək mümkündür. Şəhərdə kirayə evlər baha olduğundan işləmək üçün bura üz tutan ailələr birlikdə yaşamağa məcbur olur. Onlar mebellər, hətta mətbəx əşyalarına qədər hər şeyi birlikdə alır.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...







Əl-Məktum adına Dubay Beynəlxalq Hava limanı dünyanın ən böyük aeroportlarından biri hesab olunur. Belə ki, il ərzində 70 milyondan çox sərnişinə xidmət etmək iqtidarındadır. İşçiləri əsasən ərəblər və çinlilərdən ibarətdir. Ümumiyyətlə, Dubaya səyahət etmək fikrindəsinizsə, ingilis dilini bilməyiniz əsas şərtdir. Dil bilmədən bu şəhərdə dolanmaq çox çətindir.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






Aeroport yoxlanışında sizi iribədənli, ağ geyimli və qara çalmalı kişilər qarşılasalar, üstəlik ərəb dilində sorğu-sual etsələr ürkməyin. Ya özləri gülərüzlə dil bilmədiyinizi anlayıb işinizi asanlaşdıracaqlar, ya da ətrafda ingilis-dilini bilən işçilər harayınıza gələcək.

Dubay şəhərində tarixi yerlər demək olar ki, yox səviyyəsindədir. Bura əsasən nəhəng, çoxmərtəbəli ticarət mərkəzləri ilə fərqlənir. Alış-veriş mərkəzlərində dünyanın istənilən brendinin mağazası fəaliyyət göstərir. Əsas odur ki, pulunuz da, əliniz də cibinizdə olsun.

Endirim təklif edən mağazalar da az deyil. Bakıdan aldığınız hədiyyəlik suveneri Dubaydan ən azı 10 manat ucuz əldə edəcəyinizdən əmin olun.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






Şəhərdə boş ərazi demək olar ki, yoxdur. Hər yerdə binalar, hər addımbaşı hotellər tikilib. Hotellərdə qalmaq isə od qiymətinədir.

Ərəb şeyxlərinin şəhərinin yollarını isə dünyanın ən bahalı avtomobilləri bəzəyir. Burda ən ucuz maşın “Toyota Camry” sayılır. Taksilər sərnişinlərə bu markalı avtomobillə xidmət göstərir.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






Qeyd edim ki, şəhərin istənilən nöqtəsində yollarda nizam-intizam var. Sərxoş halda maşın idarə etmək (bizdəki kimi), piyadalara yol verməmək təbii ki, cərimə ilə nəticələnir. Buna görə Dubayın yollarında insanlar bir-birinə hörmət edir.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






Şəhərin ən görməli yeri Bürc-Xəlifə hesab olunur. 2008-ci ildə tikilən 162 mərtəbəli və 828 metrlik bina dünyanın ən yüksək göydələnlərindən biridir. Gün ərzində milyonlarla turistin axışdığı Bürc-Xəlifənin üzərində axşam saatlarından başlayaraq müxtəlif rəsmlər təsvir olunur. Əgər binanın sonuncu mərtəbəsinə qalxıb Dubayı burdan izləmək istəyirsinizsə, bunun üçün 100 dirhəminizdən (təxminən 50 AZN) keçməlisiniz.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






Elə bu binanın yaxınlığında musiqili fontan yerləşir. Hər gün 18:00-dan etibarən müxtəlif Şərq musiqilərinə uyğun şou göstərilir, su mahnıya uyğun rəqs edir... Dubay səyahətindən həzz almaq istəyirsinizsə, mütləq bura baş çəkin.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






İlin bütün ayları ən azı 30 dərəcə temperatura malik Dubay kimi şəhərdə dənizin və günəşin zövqünü yaşamadan geri qayıtmaqla özünüzə haqsızlıq etmiş olarsınız. Orada ictimai çimərliklər pulsuzdur. Əmirliyin ən yaxşı çimərliyi “Cumeyra” hesab olunur. Giriş 10 dirhəmdir.

Çimərlikdə həm “kupalnik”li, həm də hicablı qadınlara rast gəlmək olur.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






Şəhər ümumiyyətlə sakinlərin yaşayışı üçün hər baxımdan əlverişlidir. Avtobus dayanacaqları belə insanların rahatlığı üçün qurulub. Belə ki, hər tərəfi şüşələrlə örtülmüş dayanacaqlarda istər yayda (kondisionerli olur), istərsə də sərin havalarda rahat şəkildə avtobus gözləmək olar.

Dubay metrosunda basabasın şahidi olmaq qeyri-mümkündür. Burda qadınlar və ailəli xanımlar üçün ayrıca qatarlar var. Bizdəki kimi qadına, qocaya və ya uşaqlı xanıma yer vermək anlayışı Dubayda yoxdur.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






Creek park” adlı məşhur park piknik üçün ideal yerdir. Kişilər kabab çəkirlər, qadınlar süfrə salırlar, uşaqlar isə müxtəlif oyunlar oynayırlar.
Parkda namaz qılandan tutmuş qazonun üstündə kitab oxuyana, rəqs edənə rast gəlmək olar.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...







Dubaya səyahət etmisinizsə mütləq BƏƏ-nin paytaxtı Abu-Dabidə Sheyk Zahed məscidini ziyarət edin. Bura dünyanın ən böyük məscidlərindən biri hesab olunur. Hər daşına qədər incəliklə inşa olunan bu məsciddə qadınlara qara rəngli geyimlər verilir, kişilər isə sərbəst geyimdə daxil ola bilirlər. Məscid bir növ turistik məkandır.
Bu şəhərdə ucuz maşın yoxdur - Hər kəsin xəyalındakı yer...






P.S. Dubayın görməli məkanlarından olan “Global village” və “Miracle garden”ə isə həm səyahətimdən əvvəl, həm də sonra ancaq fotolarda baxa bildim. Səbəb isə həmin məkanların təmirə bağlanması idi... Amma sizin səyahətiniz noyabrın 1-dən sonraya təsadüf etsə, rahatlıqla bu məkanlara da baş çəkə bilərsiniz.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler