» » Səhər yeməyində bunları mütləq yeyin

Səhər yeməyində bunları mütləq yeyin

Bölmə: MARAQLI
Səhər yeməyində bunları mütləq yeyin
Soyuqdəymənin tez-tez rast gəlindiyi bu mövsümdə qidalanma çox əhəmiyyətlidir. Xüsusən də səhər yeməyi. Bütün həkimlər xəstəliklərə tutulmamaq üçün immunitet sistemini gücləndirməyi vurğulayır. İmmunitet sistemi bədəni infeksiyalara yol açan virus, bakteriya və parazit kimi mikroorqanizmlərin zərərli təsirlərinə qarşı qoruyur.

Xalqİnfo.az-ın Aile.lent.az-a istinadən məlumatına görə, güclü immunitet sisteminə sahib olmaq mövsümi qrip və soyuqdəymədən qorunmaq üçün əhəmiyyətlidir. Qrip infeksiyalarından qorunmaq və ya infeksiyalarla mübarizə aparan bədənimizin immunitet sistemini gücləndirmək öz əlimizdədir. Epidemiyaya qarşı olan dərman və peyvənd üsullarına müraciət etməzdən əvvəl, bədənin təbii immunitet sistemini qorumaq və gücləndirmək üçün sağlam qidalanmaq əsas şərtdir.

Bədəni necə gücləndirmək olar?

Müxtəliflik həyatın dadıdır. Hər gün müxtəlif rəngdə, fərqli, ləzzətli qidalar yemək sağlam bədənə sahib olmanın təməl qanunudur. Qidaların çoxu birdən çox qida elementi ehtiva edir. Lakin bir növ qidalanma bir çox əhəmiyyətli qida elementindən məhrum qalmaq deməkdir. Buna görə də güclü bir immun sistemi üçün süd, ət qrupu, tərəvəz, meyvə, yağ və yağlı toxumlar, dənli bitkilər gündəlik qidalanmada balanslı formada olmalıdır. Təbii ki, yaxşı qidalanmaq deyərkən həddi aşmaq olmaz. Aparılan bir çox elmi araşdırmalar kökəlmə və piylənmə problemi olanların immun sisteminin daha zəif olduğunu, çox yağ toxumasının immun sisteminə mənfi təsir etdiyini və iltihaba yol açdığını sübut edib.

Unutmayın ki, immunitet sistemini çox yemək deyil, kifayət qədər və keyfiyyətli qidalanmaq gücləndirir. Güclü immunitet sistemi güclü bədəndə olur. Bu baxımdan səhər yeməyi gecə aclığına səbəb olan, bitən enerjinin təkrar yığıla bilməsi üçün əhəmiyyətli yemək payıdır. Beynin ən vacib enerji qaynağı qlükozadır və günə gümrah başlamaq üçün qidalandırıcı səhər yeməyi şərtdir. Lakin yalnız karbohidrat və şəkər ehtiva edən qidalarla günə başlamaq doğru deyil.

Mütəxəssislərin təklif etdikləri sağlam səhər yeməyi budur:

C vitamini tərkibi yüksək olan yaşıl çay və ya immunitet sistemini dəstəkləyən adaçayı, cökə, melisa, çobanyastığı çayı, 1 çay qaşığı təbii bal, 2 parça qoz və ya çiy badam, 1 stəkan yağsız süd və ya 1 dilim yağsız pendir, qaynadılmış yumurta, lif tərkibi və qida dəyəri zəngin tam buğda çörəyi və təbii mövsüm tərəvəzləri.

Günə 1 stəkan C vitamini ilə zəngin, təzə sıxılmış meyvə və tərəvəz suları ilə başlamaq da sizi bütün gün gümrah edəcək. Bununla yanaşı, ekineziya, cökə ürək sağlamlığına müsbət təsir edir.

Antioksidant

Son illər adını tez-tez eşitdiyimiz antioksidantlar immun sistemini qoruyur və mübarizə aparan bədəni müdafiə edir. Bədəndə enerji istehsal edən bütün hüceyrələrin oksigenə ehtiyacı var. Oksigen həyatın təməlidir. Oksigen hüceyrələrimiz yandıqda sərbəst radikallar adı verilən zərərli maddələr də meydana gətirir. Sərbəst radikallar bədən hüceyrələrinə zərər verir. Təbii ki, üstəlik ultrabənövşəyi şüalar, çirkli hava, siqaret və stress kimi ekoloji faktorlar də əlavə olunduqda sərbəst radikalların meydana gəlməsi qaçılmazdır. Nəticədə, hüceyrələrin zədələnməsi ilə xərçəng, ürək, damar xəstəlikləri, artrit, zəif immunitet sistemi və erkən yaşlanma kimi bəzi sağlamlıq problemləri meydana gəlir. Bu səbəbdən də antioksidant qidalar güclü immun sistemi üçün böyük əhəmiyyətə malikdir.

Təbii ki, bütün vitaminlər çox dəyərlidir. Lakin xüsusilə antioksidant təsirləri çox olanlar beta karoten, C və E vitaminləridir. Hər antioksidant özünə aid bioloji funksiyanı yerinə yetirir. Suda əriyən C vitamini hüceyrədaxili və xarici mayelərdə sərbəst radikallarla mübarizə aparır. E vitamini və beta karoten yağda əriyən xüsusiyyətə malikdir, lipid və yağ toxumalarında var. Antioksidantlar birlikdə fəaliyyət göstərdikləri üçün hər hansı birinin həddindən artıq və ya qeyri-kafi qəbulu digərlərinin faydalarını öldürür. Selenium, sink kimi elementlərin quruluşunda olan bəzi fermentlər də orqanizmdə antioksidant təsir göstərir. Yağda həll olan E vitaminin ən əhəmiyyətli vəzifəsi antioksidant xüsusiyyəti ilə hüceyrələri oksidləşməyə qarşı qorumasıdır. E vitamininin ən yaxşı qaynaqları bitki mənşəli yağlar, marqarin, yağlı toxumlar, susam və buğdadır. Yaşıl yarpaqlı tərəvəzlər az miqdarda E vitamini ehtiva edərlər. Qidalarda bol miqdarda olduğu üçün çatışmazlığı az halda müşahidə edilir.

C vitamini

C vitamini suda həll olunan vitaminlərdən biridir. C vitamini bir antioksidant kimi bədəni zərərli maddələrdən qoruyur. C vitamini A və E vitaminindən fərqi olaraq bədən mayelərindəki sərbəst radikallarla mübarizə aparır. Suda həll olunduğu üçün bədənin fərqli bölgələrində qoruyucu təsir göstərə bilər. Lakin vitaminlər arasında ən zəifidir. İnsan və heyvanlar üzərində aparılan araşdırmalarda Omega-3 yağ turşularının müxtəlif mexanizmlərlə immun sistemi funksiyalarına müsbət təsiri olduğu sübut edilib. Omega-3 antiinflamatuar təsirə malikdir. Həmçinin viral, bakterial, parazitar infeksiyalara qarşı qoruyucu təsirə malikdir. İmmun sistemini dəstəkləməsi ilə yanaşı, xüsusilə uşaqlarda beyin inkişafı və ürək sağlamlığına müsbət təsirləri var.

Omega-3 yağ turşuları (EPA & DHA) dərin və soyuq sularda yaşayan balıqlarda çox olur. Digər Omega-3 ehtiva edən qidalar isə ana südü, kətan toxumu, qoz, badam, fındıqdır. Tünd yaşıl yarpaqlı tərəvəzlərdə də az miqdarda var. Gündəlik Omega-3 ehtiyacı 1-3 qrama qədərdir. Bu cür qidalar yeməyən və ya qidalanma problemi olanlar mütləq balıq yağı ehtiva edən dərmanlar qəbul etməlidir. Bu, həm güclü immunitet sistemi, həm də beyin inkişafı üçün çox əhəmiyyətlidir.

Keyfiyyətli, balanslı və kifayət qədər qidalanma ilə yanaşı, qrip infeksiyalarından qorunmaq və xəstəliklərdən tez xilas olmaq üçün bol maye qəbul edin. Xüsusilə yüksək hərarət və ishal hallarında su çox için.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler