» » Milyarderlərə ərə gedən məşhurlar –

Milyarderlərə ərə gedən məşhurlar – FOTOLAR

Bölmə: MARAQLI
Milyarderlərə ərə gedən məşhurlar –
Biz hamımız yaxşı bilirik ki, gözəl qadınlar həmişə diqqət mərkəzində olur və hər kəs tərəfindən sevilir. Təəccüblü deyil ki, onlara dünyanın ən zəngin kişiləri də laqeyd qala bilmir. Çünki biznesmenlər yanlarında həmişə gözəlliyi ilə öyünə biləcək qızlar görmək istəyir. Hətta onlar yaraşıqlı olmasalar da, pul hər şeyi həll edir.

XalqInfo.az milyarder kişilərə ərə gedən ulduzların siyahısını təqdim edir.

Ceyms Parker Meray Keri

Məşhur müğənni Meray Keri gənc həyat yoldaşından ayrıldıqdan sonra dərhal özünə yeni sevgili tapır. O, Avstraliyanın ən varlı insanlardan biri Ceysm Parker (sərvəti 3,7 milyard dollar) ilə görüşür.

Milyarder müğənniyə elə vurulur ki, onun qarşısında diz çökərək dəyəri 7 milyon 500 min dollar olan təkqaş brilliant üzüklə evlənmə təklifi edir. İndi cütlük toy etməyə hazırlaşır. Martda bildirilmişdi ki, cütlüyün toy mərasimi Karib adalarının birində keçiriləcək və yalnız ən yaxın tanışlar dəvət olunacaq.

Salma Hayek və Fransua Anri-Pino

Fransız biznesmen ilə Salma Hayek 2006-ci ildə tanış olub. Fransalı oliqarx “Christies” auksion evinin, eləcə də çoxsaylı moda brendlərinin ("Gucci", "Saint Laurent", "Balenciaga", "Bottega Veneta", "Alexander Mcqueen") direktorudur. Cütlüyün bu nikahdan bir qızı var. Onu da qeyd etmək lazımdır ki, aktrisa fransız oliqarxla ailə qurduqdan sonra demək olar ki, filmlərdə çəkilmir.

Natalya Vodyanova

Rusiyalı model Natalya Vodyanova 2003-cü ildə britaniyalı aristokrat və İngiltərənin 3-cü ən varlı kişisi kimi tanınan Castin Portmanla ailə həyatı qurub. Bu nikahdan cütlüyün 3 övladı var. Dünyanın ən varlı kişilərindən biri ilə evlənən Natalyanın xoşbəxtliyi uzun davam etməyib. Model ingiltərəli həyat yoldaşından 2011-ci ildə boşanıb.

Cazibədar modelin hazırki tərəf müqabili də dünyanın ən zəngin kişilərindən biridir. O, zinət əşyalarının istehsalı üzrə ən iri şirkətlərin sahibi Bernar Arnonun oğlu Antuan Arno ilə görüşür. "Forbes" jurnalının versiyasına görə, Bernar Arno planetin ən varlı adamlarının siyahısında dördüncü yerdədir. Antuan Arno "Louis Vuitton" brendinin kommunikasiya şöbəsinə başçılıq edir, eyni zamanda, kişi ayaqqabıları, lüks və eksklüziv aksessuarlar istehsal edən "Berluti" şirkətinin baş meneceridir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Natalyanın Antuanla münasibətindən 2 oğlu var. Natalya dünyanın ən dövlətli kişiləri ilə görüşməsinə baxmayaraq, modellik karyerasından imtina etməyib. O, çəkildiyi reklamlardan kifayət qədər böyük pullar qazanır.

Ceffri Soffer və El Makferson

52 yaşlı avstraliyalı model El Makferson Mayamidəki “Turnberry Associates” ticarət mərzklərinin sahibi və milyarder Ceffri Soffer evlidir. Cütlük 2009-ci ildə tanış olub, 2013-ci ildə isə öz münasibətlərini qanuniləşdirib. Möhtəşəm toy Ficidə baş tutmuşdu və yalnız ən yaxınları iştirak etmişdilər. 52 yaşlı model ərindən 6 yaş böyükdür.

Rupert Merdok və Cerri Holla

84 yaşlı amerikalı multimilyarder, media maqnatı Rupert Merdok özündən 25 yaş kiçik sabiq model Cerri Holla evlidir. Cerri 84 yaşlı Merdokun 4-cü həyat yoldaşıdır. Hazırda Merdokun 3 arvaddan 6 övladı var. 59 yaşlı Cerri Holl isə 20 il "The Rolling Stounes" qrupunun vokalisti Mik Caqqer ilə qeyri-rəsmi nikahda yaşayıb.

1979-cu ildə yaradılmış "News Corporation"un sahibi olan Rupert Merdokun 11,6 milyard dollarlıq varidatı var.

Miranda Kerr və Evan Şpigel

Tanınmış avstraliyalı model, 33 yaşlı Miranda Kerr 26 yaşlı milyarder Evan Şpigellə sevgilidir. Tələbəlik illərində Bobbi Mörfi və Reqqi Braunla hazırladığı "Snapchat" sayəsində gəncin ümumi sərvəti 1,9 milyarda çatıb.

Dünyanın ən gənc milyarderi olaraq "Forbes" jurnalında yer alan Şpigel tədbirlərin çoxuna Miranda ilə birlikdə qatılır. Miranda Kerr də dünyanın ən çox qazanan modelləri siyahısına daxildir. Cütlük rəsmi evli deyil, lakin xarici KİV-in yazdığına görə, onlar münasibətlərini rəsmiləşdirməyi planlaşdırır.(Publika.az)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Milyarderlərə ərə gedən məşhurlar –
Milyarderlərə ərə gedən məşhurlar –
Milyarderlərə ərə gedən məşhurlar –
Milyarderlərə ərə gedən məşhurlar –
Milyarderlərə ərə gedən məşhurlar –
Milyarderlərə ərə gedən məşhurlar –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler