» » Bərbərin qeyri-adi istedadı - Foto

Bərbərin qeyri-adi istedadı - Foto

Bölmə: MARAQLI, MANŞET
Bərbərin qeyri-adi istedadı - Foto
Kürdəmir rayon sakini Arzu Səlimov kibrit çöplərindən və tullantılardan müxtəlif maketlər hazırlayır.

Xalqİnfo.az ARB TV-yə istinadən xəbər verir ki, A.Səlimovun birinci əl işi 2 aya yaxın müddətdə 80 kibrit qutusundan hazırladığı ev maketidir. 4 ay ərzində 200 kibrit qutusundan hazırladığı məscid maketi isə onun 2-ci və ən böyük əl işidir. O bu işlə 2 ilə yaxındır məşğul olur: “Stəkan-nəlbəki maketinə 20 qutu kibrit işlədib, 2 günə bitirmişəm. Su butulkalarından düzəltdiyim kül qabıları, kassa qabı, qum saatı var. Dondurma çubuğundan helikopter düzəltmişəm”.

Əsl sənəti bərbərlik olan A.Səlimov deyir ki, maket hazırlamaqla əsasən boş vaxtlarında məşğul olur. Böyük zəhmətlə ərsəyə gətirdiyi əl işlərini bərbərxanada nümunə kimi saxlayır.

Onun sözlərinə görə, maketlərə müştəri çıxsa da, hazırladıqlarını satmaq barədə düşünmür, amma bəzi maketləri yaxınlarına hədiyyə edib.

A.Səlimov gələcəkdə daha böyük ölçülü maketlər hazırlamağı və onları sərgiləməyi planlaşdırır.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Bərbərin qeyri-adi istedadı - Foto
Bərbərin qeyri-adi istedadı - Foto
Bərbərin qeyri-adi istedadı - Foto
Bərbərin qeyri-adi istedadı - Foto
Bərbərin qeyri-adi istedadı - Foto
Bərbərin qeyri-adi istedadı - Foto
Bərbərin qeyri-adi istedadı - Foto
Bərbərin qeyri-adi istedadı - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler