» » 30 il evdən çıxmayan kişinin sirri nədir?

30 il evdən çıxmayan kişinin sirri nədir?

Bölmə: MARAQLI
30 il evdən çıxmayan kişinin sirri nədir?
Almaniya polisi oğullarını 30 il evdə saxlamaqda ittiham olunan cütlük barədə araşdırma aparır.

Xalqİnfo” “BBC”yə istinadən xəbər verir ki, Bavariya şəhərinin Bayreuth kəndində yaşayan və hazırda 43 yaşı olan kişi sonuncu dəfə 13 yaşında evdən çölə çıxıb. O, məktəbdə təhsilini dayandırdıqdan sonra ictimaiyyətdə az-az görünüb.

Polisə kişi barədə məlumat keçən ay gizli ötürülüb. Bundan sonra polis kişini xəstəxanaya aparıb.

Almaniyada şəxsi həyat haqqında ciddi qaydalar mövcud olduğundan kişinin kimliyi açıqlanmır.

Kişinin anası mediada deyib ki, oğlu “sadəcə küçəyə çıxmaq istəməyib” və o, sadəcə övladını qorumaq istəyib.

Polisin sözçüsü Juergen Stadter jurnalistlərə söyləyib ki, hələlik kişinin niyə evdən çıxmamasının səbəbi bilinmir.

“Bəlkə o özü belə istəyib”, o əlavə edib. O, bunun cinayət işindən daha çox ailə faciəsi olduğunu vurğulayıb.

Şahidlər bildiriblər ki, onlar kişinin evdə sərbəst hərəkət etdiyini güman edirlər və onun zəncirlənməyinin şahidi olmayıblar.

Polis onun haqqında yalnız 30 il əvvəl onun ibtidai məktəbə və orta sinfə getdiyini göstərən sənədə malikdir. Həmin sənəddə deyilir ki, məktəb onun orada dərslərə gəlməyə uyğun olmadığını deyir.

Hazırda kişi həkim müayinəsindən keçir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler