» » Cadunu sildirməyə getdi, zorlandı

Cadunu sildirməyə getdi, zorlandı

Bölmə: MARAQLI
Cadunu sildirməyə getdi, zorlandı
Türkiyədən Kiprə cadu sildirməyə gedən qadın cinsi təcavüzə məruz qalıb.

"Xalqinfo"nun məlumatına görə, Türkiyənin Mersin şəhərində yaşayan 37 yaşlı bir qadın ona cadu edildiyini düşünərək, cadunu sildirmək üçün Şimali Kiprin paytaxtı Lefkoşaya gedib.

Hadisə ötən həftənin cümə günü baş verib. Lefkoşaya cadugər kimi tanınan şəxsin yanına gedən qadın cadunun silinəcəyindən əmin imiş. Cadugər də 37 yaşlı qadını evə dəvət edərək, ona özünü rahat hiss etməsini bildirərək yataq otağına aparıb. Daha sonra isə onun qollarından tutub.

Qadın müqavimət göstərməyə çalışdıqda isə onun sol gözünə yumruqla zərbə endirib və təsirsiz hala salıb. Boğazını sıxıb, "səsini çıxarsan, səni öldürəcəm" deyib və zorla paltarlarını çıxararaq qadını zorlayıb.

Hadisə baş verdikdən sonra qadın dərhal polisə şikayət üçün gedib. Qadının izahatından sonra hərəkətə keçən polislər təqsirləndirilən şəxsi yaxalayıblar. Nikosiya məhkəməsi isə həmin şəxsin həbs edilməsi barədə qərar verib.anspress

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler