» » Şakira seksual qalmağı necə bacarır?

Şakira seksual qalmağı necə bacarır?

Bölmə: MARAQLI
Şakira seksual qalmağı necə bacarır?

"İdmana vaxtım yoxdur", - deyənlər, bəs rəqs edərək arıqlamağa necə baxırsınız?

Dünya şöhrətli ifaçı Şakira gözəl bədən quruluşu üçün rəqsə borclu olan məşhurlardandır. Ailem.az Şakiranın düz qarın və gözəl bədən sirlərini açıqlayır.

Xoşbəxtliyin sirri bədən sağlamlığına göstərdiyimiz diqqətdən keçir. İdman edən, rəqslə məşğul olan, düzgün qidalanan hər kəsin daxili sağlamlığı xarici görünüşündə də əks olunur. Hərəkətli bir həyat tərzini düzgün qidalanma ilə dəstəkləmək, fiziki xoşbəxtlik üçün çox əhəmiyyətlidir.

Düz qarın və sağlam bədən üçün ən öndə sağlam qidalanma və sağlam həzm sistemi gəlir. Bunun üçün gündəlik qida rasionunuza mütləq qatıq, qoz, badam, taxıl qidaları, buğda kəpəyi, kətan toxumu və zəncəfil kimi qidalar daxil edin.

Prebiotik tərkibli yoqurtlar həzm sisteminin normasına düşməsi üçün faydalıdır. Prebiotik yoqurtun ən az 15 gün müntəzəm olaraq qəbul edilməsi, köp, qəbzlik və həzm sistemi problemlərinin qarşısını alır.

Piyada gəzinti, qaçmaq və rəqsi həyatınızın bir hissəsinə çevirməlisiniz. Bədəninizin istədiyiniz quruluşu alması üçün idman və rəqs olduqca əhəmiyyətlidir.

İdman etməyə həvəsiniz yoxdursa, evdə sevdiyiniz mahnıları qoşaraq, həftədə 3-4 dəfə ürəyinizdən gəldiyi kimi rəqs edin.
XALQİNFO.AZ

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler