» » Biri mirasını itə verir, o biri katibəsinə...

Biri mirasını itə verir, o biri katibəsinə...

Bölmə: MARAQLI, BLOK XƏBƏR
Biri mirasını itə verir, o biri katibəsinə...
Dünyanın ən qəribə vərəsəlik hekayələri haqda nə bilirik?
Milyonçular, milyarderlər, pulları başlarından axanlar... Onların həyat tərzi, seçimləri, xobbiləri, fobiyaları hər zaman maraq mövzusu olub. Xüsusən də o boyda pul qazanandan sonra gəldikləri nöqtə. Məsələn, mirasları ilə bağlı verdikləri ilginc qərarlar. Zaman-zaman milyardlıq mirasını itinə, pişiyinə verən... milyarderlər barədə xəbərlər yazırıq.

“Yeni Müsavat” bu günə qədər qəribə vərəsəlik hekayələri yaşayan və yaxınlarına da bunu yaşadan milyarderlər barədə yazır. Dünyaya səs salmış bu hekayələrin bəzilərini yada salaq.
Amerikalı məşhur milyarder Edvard Koç 40 ildir ki, ona xidmət edən katibəsinə mirasından 100 min dollar verib. Şəxsi köməkçisi olan Meri Qarriqan haqqında “mənə uğur gətirən qadınlardan biridir” dediyini nəzərə alsaq, bu, o qədər də böyük məbləğ sayılmaz. E.Koç katibəsini 1975-ci ildə işə götürmüşdü.

İngiltərədə 87 yaşında dünyasını dəyişən Dennis Sears isə 3 milyon 850 min dollarlıq mirasını öz ailəsi əvəzinə türk dayəsinə verib. Onun bildirdiyinə görə, ölümündən əvvəlki 14 ay ərzində ona ailəsi yox, türk dayə Nermin Kencefer qulluq etdiyi üçün bunu haqq edir. Searsın ailəsi buna etiraz edərək, məhkəməyə müraciət etsə də, heç bir faydası olmayıb.
Nyu-Yorkda bir otellər şəbəkəsinin rəhbəri milyarderlik sərvətini itlərinə miras qoyub. Leona Helmsley adlı milyarderin miras sənədi daha sonra yaxınlarına və mediaya açıqlanıb. 8 milyard dollarlıq sərvətinin böyük bir hissəsi isə ancaq öz iti Troubla ayrılıb.

Uşaqlarını mirasından məhrum etdi, çünki...

Var-dövləti 76 milyard dollar dəyərində qiymətləndirilən, dünyanın məşhur “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts uşaqlarını miras hüququndan məhrum etmək qərarına gəlib.

Belə ki, milyarder ölümündən sonra ona məxsus bütün pulların “Bill & Melinda Gates Foundation” Xeyriyyə Fonduna köçürülməsini vəsiyyət edib. Dünyada yoxsulluğun azaldılması, tibb və təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan fond dünyanın ən iri xeyriyyə təşkilatı hesab edilir.

Məlum olduğu kimi, B.Qeytsin üç uşağı - qızları Cennifer-Katarin və Fbi-Adel və oğlu Rori-Con var. “Microsoft” yaradıcısı bildirib ki, onun var-dövləti uşaqlarına miras qalmayacaq. O, öz qərarına izah verərək uşaqların firavanlıq üçün işləməyin vacib olmasını başa düşmələrini, qərarı həyat yoldaşı ilə birlikdə qəbul etməsini deyib.

B.Qeytsin uşaqları atalarının mirasından məhrum olmasına baxmayaraq həyatda uğurlu başlanğıc üçün lazım olan hər şeyi əldə edəcəklər. Belə ki, milyarder uşaqları ən yaxşı təhsil ocağında oxuyur və gələcəkdə onların yüksək nailiyyətlər əldə etmələri üçün bütün lazımi şərait yaradılıb, - “Novoston” yazır.

Gündə 5 dəfə siqaret çəksə, mirasım ona qalacaq

Digər əcaib miras hekayələrinə də nəzər salaq.

Siqaret hərisi Samuel Bratt öz vəsiyyətini intiqam məqsədi ilə yazıb. Belə ki, birgə həyat boyu siqaret çəkməyə icazə verməyən həyat yoldaşına miras qoyduğu milyonları yalnız bir şərt ilə almağı vəsiyyət edib: həyat yoldaşı gündə 5 siqaret çəkməlidir.

Milyoner xanım Leona Hamsley öz nəvələrinə 5 milyon, itinə isə 10 milyon dollar miras qoyub. Mirası itin əlindən almasınlar deyə, it öləndən sonra sahibi Leonanın yanında qiyməti 10 milyon dəyərində olan qara mərmərdən hazırlanmış nəhəng mavzoleydə basdırılmağı vəsiyyət edib.

Ən müəmmalı vəsiyyətnaməni isə milyarder Michele Rotshild yazıb. Vəsiyyətdə yazılıb: “Heç kəs mənim sərvətimin dəyərini ölçməsin, siyahıya almasın, heç bir şəxs arasında bölünməsin və heç bir dövlət orqanları buna müdaxilə etməsin!”

Buna görə də cənab Rotshildin mirası indiyədək bölünməz olaraq qalıb. Ən uzun mirası isə Birləşmiş Ştatların yaradıcılarından olan Thomas Jafferson yazıb. Onun vəsiyyətnaməsi Amerikanın tarixi, yaradıcıları haqqında, baş vermiş hadisələr, bayramlar, bədbəxt hadisələr, müharibələr haqqında ətraflı şəkildə yazılmış məlumat ilə başlayır. Sonda isə yalnız bir sətir cümlə ilə vəsiyyət sona çatır: “Oğlum öz qullarını azadlığa buraxandan sonra mənim mirasıma sahib ola bilər!”

Henri Ford isə öz mirasından 500 milyon nağd pulu 4157 təhsil və xeyriyyə fondları arasında bölüşdürməyi vəsiyyət edib. Bu miras tarixdə vəsiyyət olunmuş ən böyük nağd pul hesab olunur.

Arvadına bir şərtlə miras qoydu: “Məndən dərhal sonra ərə getsin!”

Ən qəliz və oxunması mümkün olmayan vəsiyyəti isə dahi fizik Nils Bor yazıb. Onun vəsiyyəti yalnız fiziki terminlərdən ibarət olduğu üçün adi insanların oxuması mümkünsüz idi. Bunun üçün xüsusi olaraq ekspert-linqvistlər dəvət olunub ki, tam 3 aydan sonra vəsiyyət oxunub başa çatdırılıb.

StarTeck fenomeninin yaradıcısı Jene Rodenberry öləndən sonra meyitini kosmosa aparmağı vəsiyyət edib. 1997-ci ildə ispan peykinin köməyi ilə meyitin külü açıq səmaya atmosferin yuxarı qatına səpilib.

1841-ci ildə yazıçı Henrie Gayne Eugenie Mirat adlı savadsız, kobud bazar satıcısı ilə ailə həyatı qurub. Öz vəsiyyətnaməsində Gayne bütün var-dövlətini yoldaşına miras qoyub. Yalnız şərtlə: o, öləndən sonra dərhal ərə getməlidir ki, kimsə Gaynenin öldüyünə təəssüflənsin deyə.

Qəribə miras planı olan azərbaycanlı da varmış...

“Lukoyl”un prezidenti Vahid Ələkbərov neft şirkətində ona aid olan səhmləri ilə bağlı vəsiyyətini elan edib. Ələkbərov neft şirkətindəki səhmlərini xüsusi xeyriyyə fonduna ötürəcəyini, varislərinin isə ondan birbaşa istifadə edə bilməyəcəyini açıqlayıb.

Onun fikrincə, bu addım “Lukoyl”un direktorlar şurası və səhmlərin vəsiyyət ediləcəyi xeyriyyə fondu üçün yaxşı siqnaldır: “Bu gün dünya ictimaiyyəti nəinki mənim həyatda olduğum müddətdə, hətta məndən sonra da şirkətin stabilliyinin təmin ediləcəyi üçün bu addımı yaxşı qarşıladı”. Daha sonra azərbaycanlı iş adamı əlavə edib ki, onun ailə üzvləri benefisiarlar olaraq qalacaqlar, lakin məhdud həcmdə.

Qeyd edək ki, hələ 2013-cü ilin sentyabrında Ələkbərov bildirmişdi ki, onun varisləri uzun zaman ərzində “Lukoyl”un səhmlərini sata bilməyəcəklər. Ələkbərovun sözlərinə görə, öz vəsiyyətində də qeyd edib ki, şirkətdəki səhmlərini idarə etmək üçün fond yaradılacaq və varislər uzun müddət ona yaxın dura bilməyəcəklər (qafqazinfo).

Türkiyəyə yatırdığı investisiyalarla tanınan, israilli dünyaca məşhur iş adamı Sami Oferin oğlu Dalya Oferin, uzun müddət öncə İslamı qəbul etdiyi üzə çıxıb. Ofer Türkiyənin mətbuatına verdiyi açıqlamada 5 ildir müsəlman olduğunu bildirib. Sami Oferin ölümündən sonra Dalya Oferin atasından qalma 18 milyard dollarlıq sərvəti rədd etməsi ətrafında ciddi qalmaqal yaşanmışdı.

Sammi Ofer, şirkətinin 52,4 faizlik qismini ikinci həyat yoldaşından olan, lakin üzünü heç vaxt görmədiyi oğlu Dalya Oferə miras buraxmışdı. Dalya Ofer, “Ofer Qardaşlar Qrupu”nun rəhbərliyinə gəlmiş və 18 milyard dollarlıq sərvətin ortağı olmuşdu. Vəsiyyətə görə Dalya, ailənin içinə girdikdən sonra, bu sərvətə sahib olacaqdı. Dalya Ofer həyatı boyu heç vaxt görmədiyi iki qardaşı Eyal Ofer və Idan Oferi beləliklə tanımış oldu. Qardaşlar arasında böyük bir irs davası başlayarkən Dalya Ofer qısa müddətdə “Ofer Holdinq”in prezidenti kürsüsündə oturdu. Ofer qardaşların arasındakı davanın böyüməsindən qısa müddət sonra Dalya Ofer atası Sami Oferin 18 milyard dollarlıq sərvətini rədd etdi, Holdinqdən istefa verdi.

Mediada yayılan məlumatlara görə, qardaşlar Dalya Ofer İslamı qəbul etdiyi üçün ona sui-qəsd hazırlayırlarmış. Şirkət əməkdaşlarından Yasəf Beraha mətbuata bəyanatında Dalya Oferin, Dubay kral ailəsinin üzvü Xamdan əl-Məktum ilə illərdir görüşdüyünü və onun vasitəçiliyi ilə Məkkədə Ümrə ziyarəti edərək, İslamı qəbul etdiyini açıqladı. Bəyanatda bildirilirdi ki, Dalyanın qardaşları Eyal və İdan bundan çox narahat olsalar da, Xamdan əl-Məktumdan çəkindikləri üçün ona heç nə edə bilmirlər. Həmçinin, Dalya Oferin holdinqə prezident olmasından yəhudi lobbisinin də narahat olduğu deyilirdi.

Onlar vərəsəlik planı olmayan milyarderlərdir

Gənc milyarderlər isə hələ bu barədə düşünmür və vərəsəlik hazırlamayıblar. Onların siyahısına nəzər salaq:

Evan Spiegel. Yaşı: 24. Sərvəti: 1.5 milyard dollar. Son zamanların məşhur tətbiqi olan “Snapchat”ın qurucu ortaqlarından biridir. 2013-cü ildə Facebook-un 3 milyard dollarlıq təklifini rədd etdi və bu anda təxminən 10 milyard dollar dəyərində olan bir şirkəti idarə edir.
Bobby Murphy. Yaşı: 25. Sərvəti: 1.5 milyard dollar. “Snapchat”ın Evan Spiegel ilə digər qurucu ortaqlarından olan Bobby Murphy şirkətin baş texnoloqudur.
Albert von Thur und Taxis. Yaşı: 31. Sərvəti: 1.5 milyard dollar. Milyardlarına 18-ci doğum günündə hədiyyə olaraq qovuşan alman şahzadəsinin sərvəti, sənət əsərləri, əntiq və s. ibarətdir. Subaydır və idmanı xüsusilə avtomobil yarışlarını çox sevir və özü də bir alman liqasında yarışır.

Marie Besnier-Beauvalot. Yaşı: 33. Sərvəti: 2.7 milyard dollar. Ona və qardaşlarına babalarının qurduğu bir süd məhsulları şirkəti miras qaldı. Şirkətin sahibi artıq tamamilə onlardır.

Elizabeth Holmes. Yaşı: 30. Sərvəti: 4.5 milyard dollar. “Forbes” siyahısına yeni girən Elizabeth Holmes bu vəziyyətə öz əməyi ilə gəlib desək, səhv olmaz. 2003-cü ildə “Theranos” adında bir qan köçürmə şirkəti qurub.

Eduardo Saverin. Yaşı: 32. Sərvəti: 4.9 milyard dollar. Varlı bir ailədən olan Eduardo Saverin Facebook-un qurucu ortaqlarından olub, haqqının tapdandığını iddia edərək Zukerbergi məhkəməyə verib. Hələ də Facebook-un səhmdarlarından biridir. Həmçinin, başqa şirkətlərdə investordur.

Yang Huiyan. Yaşı - 33. Sərvəti: 4.9 milyard dollar. Atası Yeung Kwok Keung quruculuğunu etdiyi “Country Garden Group”daki hissələrini 2007-ci ildə qızı Yang Huiyana həvalə edib.
Scott Duncan. Yaşı: 32. Sərvəti - 6.2 milyard dollar. Atası Dan Duncanın qurduğu “Enterprise Products” adlı boru xətti şirkəti ona miras qalıb. Keçən il şirkəti yaxşı mənfəət əldə etdiyi üçün sərvəti də 1 milyard dollar artıb.

Dustin Moskovitz. Yaşı: 30. Facebook-un üzünə güldüyü gənc adamlardan biri. Dustin Moskovitz Facebook-un ilk zamanlarından Markla birlikdə çalışıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler