» » “Ana südü” ticarəti genişlənməkdədir…-

“Ana südü” ticarəti genişlənməkdədir…- ABŞ-da şok biznes

Bölmə: MARAQLI
 “Ana südü” ticarəti genişlənməkdədir…-
Son illərdə qeyri-adi bir biznes sektoru getdikcə daha çox yayılmaqdadır. Təəccüblü olsa da bu “ana südü” ticarətidir. ABŞ-da ana südünün yarım litri üçün 100 dollar ödəyənlər də var.

Mütəxəssislər bunun sağlamlıq üçün riskli olması ilə bağlı xəbərdarlıq etsələr də, internet üzərindən ana südü sifariş edənlərin sayı hər keçən gün artmaqdadır.

“Maye qızıl” adı ilə satılan ana südü, formada qalmaq və immunitet sistemini güncləndirmək istəyənlərin əsas seçimidir. Ana südü hazırda xam neftdən 400 qat baha alınıb-satılır.

ABŞ-da 1 litri təxminən 135 dollardan satılan ana südü, getdikcə böyüyən bir biznes sahəsinə çevrilib.

Ana südünün satışına öncə körpələr üçün başlansa da, artıq ana südünün faydalarını bilən yetişkin insanlar da internet üzərindən bunu sifariş edirlər.
Bədən formasını qorumaq və immunitet sistemini gücləndirmək istəyən böyüklər arasında da ana südü içmək çılğınlığı getdikcə artmaqdadır. Özəl internet saytları və sosial media üzərindən ana südü satışı hər ötən gün bir az da artarkən, ekspertlər getdikcə böyüyən bu bazarın nəzarətə alınması ilə bağlı xəbərdarlıq edirlər.

Maye qızıl

Ana südünün körpələr üçün unikal faydaları olduğu hər kəsə bəllidir. “Maye qızıl” deyə tanınan ana südü bu günlərdə həqiqətən də qızıl qiymətinə satılmaqdadır. ABŞ-da analar südünü satmaq üçün və ya adi insanlar isə satın almaq üçün internet üzərindən bir araya gəlir.



İnternetdən satılan ana südünü, əsasən uşaqları üçün yetərli südü olmayan analar alır. Ancaq bundan başqa xərçəng xəstələri və idman həvəskarları da ana südünü satın alanlar arasındadır.

Xüsusilə də fitnes həvəskarları arasında ana südü içənlərin sayı getdikcə artır, ana südünün böyüklərdə də immuniteti artırdığına inananlar var.

Ana südü necə satılır?

New York Times xəbər verir ki, ABŞ-da “Prolacta Bioscience” adlı firma 46 milyon dollar sərmayə ilə yalnız ana südü satışı üçün yaradılıb. Firma yüzlərlə qadınla razılaşaraq artıq südləri qəbul edir daha sonra , bu süd xəstə, zəif körpələr üçün yüksək zülallı qidaya çevrilərək satışa təqdim edilir. “Only the Breast” adlı sayt isə həmin firma ilə rqabətə girərək analara daha yüksək qiymətə süd satmaq imkanı yaradır. Saytda qeyd edilir ki, analar evdə oturaraq çalışmadan əlavə gəlirlərini məhz onların saytından təmin edə bilərlər.

Saytda südünü satan qadının yaşı və haqqında məlumatlar da yer alır. Nümunə üçün bir elan: “35 yaşında üç uşaq anası, təzə, bəsləyici və ləzzətli südünü satır! Südləri son iki həftə içərisində yığdıq və dərhal dərin dondurucuya qoyduq. Hal-hazırda satmaq üçün təxminən 4.5 litr süd var və hər həftə 2.5 litr süd sağıram. Ancaq lazım olsa daha çox da ola bilər. İçki içmirəm, siqaret çəkmirəm və hər hansı bir dərman qəbul etmirəm. Mümkün olduqca təbii məhsullarla qidalanıram. 1 litr üçün 83 dollar istəyirəm. Ciddi bir alıcı olsanız qiymətdə razılaşa bilərəm".

Bu elan sözügedən saytdakı milyonlarla elandan yalnız biridir.

Qadınları yeni bir istismar forması, yoxsa…?

“Only the Breast” adlı internet saytından əlavə “Craigslist” və “Gumtree” kimi internet saytlarında da satış həyata keçirildiyini nəzərə alsaq “ana südü bazarı”nın necə genişləndiyini təsəvvür etmək olar.

Ancaq südünü sataraq pul qazanmağa çalışan anaların istismar edildiyi haqqında müzakirələr də getdikcə artır. Gündən-günə genişlənən ana südü ticarətinin nəzarətə alınmasının vacibliyini vurğulayan mütəxəssislər, "sağdığı südü satmağa çalışan qadınların çoxunun az gəlirli və çətin vəziyyətdə olduqları göz ardı edilməməlidir" xəbərdarlığı edbilər.

Ekspertlər bildirir ki, lisenziyası olan ana südü banklarında həm süd, həm də südünü bağışlayan ana müayinə edilir, bu səbəbdən xəstəliyə yoluxma ehtimalı yoxdur. Lakin onlayn ticarətə heç bir nəzarət mexanizmi olmayan bir sahədir, bu səbəbdən ana südü satışı bəzi yoluxucu xəstəliklərin yayılmasına da səbəb ola bilər.

Tibb mütəxəssisləri internet üzərindən satılan ana südünün daşıdığı təhlükənin gətirəcəyi faydadan daha çox olduğuna diqqət çəkir. Mətbuatda yer alan araşdırma məqalələrindən birində internetdən satılan südlər heç də steril olmayan paketlərdə gəldiyi və təxminən 21 faizinin təhlükəli virus daşıdığı qeyd edilir. Ekspertlər ana südünün hər hansı bir ekspertizadan keçmədiyinə və yoluxu viruslarla bağlı təhlükəli olacağı ehtimalına diqqət çəkirlər. Qeyd edirlər ki, südün anadan steril olmayan cihazlarla çəkilməsi ya da steril olmayan qablarda saxlanması səbəbindən internetdə satılan ana südünün 93 faizində bakteriya və və viruslar təsbit edilib. Bu səbəbdən internetdən ana südü alanların Hepatit B, Hepatit C, HIV və sifilisə yoluxması ehtimalı böyükdür.

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler