Dırnaq uzadan maska

Bölmə: MARAQLI
Dırnaq uzadan Dırnaqlarınız asanlıqla qırılır və gec uzanırsa, deməli, onlara xüsusi qulluq etməlisiniz.

Çəkdiyiniz dırnaq boyasının və asetonun tərkibindəki kimyəvi maddələr dırnaqlarınıza zərər verə bilər.

Bu zərəri azaltmaq və dırnaqların sürətlə uzanmasını təmin etmək üçün Xalqinfo.az-ın təqdim etdiyi maskanı sınaqdan keçirin.

Tərkibi:

Yarım portağalın suyu
2-3 diş sarımsaq
Zeytun yağı

Hazırlanması:

Portağalın suyunu sıxın. Üzərinə sürtgəcdən keçirilmiş sarımsağı əlavə edin. Onları yaxşıca qarışdırın. Dırnaqlarınızı bu qarışığın içərisində 15 dəqiqə saxlayın.

Daha sonra kənarda başqa bir qaba zeytun yağı töküb dırnaqlarınızı 10 dəqiqə də onun içərisində saxlayın.

Daha sonra əllərinizi ilıq suyla yuyub yaxşıca qurulayın. Həm dırnaq, həm də əl üçün nəzərdə tutulmuş nəmləndirici və qidalandırıcı krem çəkin.

Ümumilikdə 30 dəqiqə vaxt tələb edən bu proseduranı həftədə 2 dəfə tətbiq etdikdə fərqi görəcəksiniz.
Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler