DataLife Engine > MANŞET > AZTV məşhur loqosunu dəyişdi

AZTV məşhur loqosunu dəyişdi


16-09-2019, 14:04. Yerləşdirdi: Tural AZTV məşhur loqosunu dəyişdi




Azərbaycan Dövlət Televizyası loqosunu dəyişdirib.

Xalqinfo.az xəbər verir ki, bu barədə kanalın rəsmi saytında məlumat verilib. Yeni loqoda ağ şriftlərlə kanalın adı əks olunub. TV sözü isə mavi üçbucaqda qeyd olunub.

“Hər gün yeni-yeni verilişləri ilə tamaşaçıların zövqünü oxşayan Azərbaycan Televiziyası daha bir yeniliiyə imza atdı. AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarının neçə illərdir ekranın bir küncündə yapışıb qalmış loqosu bu gün yenisi ilə əvəz olundu.

Bildiyimiz kimi logotip ad, simvol, işarə və ticarət nişanı mənalarını özündə birləşdirir. Bu işarə aid olduğu şirkət və ya individual aktivliyin mahiyyətinin qrafik səviyyədə təmsil edir.

Loqo ilk baxışdan diqqəti cəlb etməli, sadə və dərhal yaddaşlarda qalma effektinə malik olmalıdır. Az.TV, “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarının professional şəkildə hazırlanmış yeni logoları da bu qəbildəndir. Loqoların rənglərinin ümumiləşmiş forması Azərbaycan bayrağının rənglərini özündə birləşdirir. Eyni zamanda simvol olaraq daim irəliləyən, yenilənən mənasını özündə kəsb edir”-deyə məlumatda vurğulanır.

Eyni zamanda, həm İdman , həm də Mədəniyyət kanalının loqosu da yenilənib.
Geri qayıt