DataLife Engine > MANŞET > Bu 3 məktəbin bütün şagirdləri tələbə oldu

Bu 3 məktəbin bütün şagirdləri tələbə oldu


19-08-2019, 12:38. Yerləşdirdi: Tural Bu 3 məktəbin bütün şagirdləri tələbə oldu




Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Xalqinfo.az xəbər verir ki, 3 məktəbin bütün şagirdləri ali məktəblərə qəbul olub. Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və “İstedad” liseyinin bütün məzunları tələbə adını qazanıb. Texniki və Təbiət Elmlər Liseyinin 25 şagirdi, əbiət Elmləri Təmayüllü Gimnaziyanın isə 26 şagirdi 600-dən çox bal toplayıb.

5 təhsil müəssisəsi isə qəbul imtahanlarının birinci mərhələsində 90 faizdən çox nəticə göstərib.

Qəbul imtahanlarının birinci mərhələsində ümumilikdə 151 məzun 600-dən yuxarı toplayıb.

Statistik məlumatların təhlili göstərir ki, bu il Qəbul imtahanlarında iştirak edən 10 abituriyentdən 8-i tələbə adını qazanıb.
Geri qayıt