DataLife Engine > MANŞET > Zərdabinin önəmli xidməti... –

Zərdabinin önəmli xidməti... –


23-07-2019, 20:00. Yerləşdirdi: Tural Zərdabinin önəmli xidməti... –





İyulun 22-də Azərbaycan Fitoterapevtlər Cəmiyyəti, Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyası və Millixəbər.az saytının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində ilk təbiətşünas alim, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən bəhs edən “Fitoterapevtlər mətbuatın dostudur” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik edib. Natiq Həsən bəyin təbabət sahəsindəki fəaliyyətindən və tibbi maarifləndirici yöndəki fəaliyyətindən söz açıb.

Sonra Millixəbər.az saytının rəhbəri Zamin Zeynal çıxış edib. O, Həsən bəy Zərdabinin təbabət sahəsindəki fəaliyyəti ilə yanaşı mədəniyyət və mətbuat tariximizdəki önəmli xidmətlərindən danışıb, onun həyat və fəaliyyətinin indiki dövrümüzdə çalışan jurnalislər üçün örnək olduğunu deyib. Baş redaktor dövlət başçısı İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması yönündə fəaliyyətindən söz açıb. Z.Zeynal Fitoterapevtlər cəmiyyətinin sədri Məlahət Qəhrəmanovaya və Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədri Səkinə Babayevaya göstərdikləri təşkilati dəstəyə görə təşəkkürünü bildirib.
Geri qayıt