DataLife Engine > MANŞET > “Lenta.ru” Azərbaycan haqqında məqaləyə görə üzr istədi

“Lenta.ru” Azərbaycan haqqında məqaləyə görə üzr istədi


25-06-2019, 00:01. Yerləşdirdi: Tural “Lenta.ru” Azərbaycan haqqında məqaləyə görə üzr istədi



Cari ilin 23 iyun tarixində “Lenta.ru” saytında dərc olunmuş Azərbaycan haqqında məqalə silinib.

Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən məlumata görə, Səfirlik Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib.
Geri qayıt