DataLife Engine > MANŞET > Hacı Məmmədovun dəstəsinin üzvü də əfvə düşdü

Hacı Məmmədovun dəstəsinin üzvü də əfvə düşdü


16-03-2019, 18:09. Yerləşdirdi: Tural Hacı Məmmədovun dəstəsinin üzvü də əfvə düşdü




Həbsdə olarkən özünü asaraq intihar edən polkovnik Hacı Məmmədovun dəstə üzvü kimi azadlıqdan məhrum edilən Kamil Sədrəddinov da əfvə düşüb.

“Xalqinfo”nun verdiyi xəbərə görə, prezident İlham Əliyevin əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrum edilən iki nəfərin cəzası 20 ilə endirilib. Onlardan biri də DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinovdur.


O, 2007-ci il yanvarın 19-da ömürlük azadlıqdan məhrum edilib.

Banda üzvləri "Azərnəqlsənaye" Dövlət Konsernin direktoru Nazim Paşayevin və onun sürücüsü Namiq Abbasovun, DİN narkotiklərlə mübarizə idarəsinin şöbə rəisi Azər İsmayılovun oğurlanıb öldürülməsində, AFFA-nın vitse - prezidenti Fətulla Hüseynovun, Respublika Prokurorluğunun idarə rəisi Rövşən Əliyevin və s. şəxslərin qətlində, bir neçə şəxsin tamah məqsədilə oğurlanmasında iştirak edib.


Geri qayıt