DataLife Engine > MANŞET > Gənc sədr bu kanala yeni rəhbər təyin etdi

Gənc sədr bu kanala yeni rəhbər təyin etdi


12-02-2019, 20:55. Yerləşdirdi: Tural Gənc sədr bu kanala yeni rəhbər təyin etdi



"İdman-Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib.

Strateq.az xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev "İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.

S.Əliyev açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, bu ay "İdman-Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. İndiyədək "İdman-Azərbaycan”ın direktor əvəzi Fərman Orucov idi.


Geri qayıt