DataLife Engine > MANŞET > Ərdoğan Azərbaycana yeni hərbi attaşe göndərir

Ərdoğan Azərbaycana yeni hərbi attaşe göndərir


12-02-2019, 20:21. Yerləşdirdi: Tural Ərdoğan Azərbaycana yeni hərbi attaşe göndərir




Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini, general İsmayıl Hakkı Köseali Azərbaycana hərbi attaşe təyin edilib.

“Xalqinfo”nun məlumatına görə, bununla bağlı bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq fərman imzalayıb. Bu barədə “Rəsmi Gazete”də məlumat dərc olunub.

Qeyd edək ki, R. T. Ərdoğan daha 6 general və admiralı yeni vəzifələrə təyin edib.
Geri qayıt