DataLife Engine > MANŞET > Parlamentin komissiyalarının yeni tərkibi SİYAHI

Parlamentin komissiyalarının yeni tərkibi SİYAHI


1-02-2019, 12:16. Yerləşdirdi: Tural Parlamentin komissiyalarının yeni tərkibi SİYAHI





Azərbaycan Milli Məclisinin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib.


Xalqinfo.az -ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin 2019-cu il yaz sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.

İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi dəyişməyib.

Komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.
Geri qayıt