DataLife Engine > MANŞET > BDU-da kadr dəyişikliyi: Nazim Məcidova vəzifə verildi

BDU-da kadr dəyişikliyi: Nazim Məcidova vəzifə verildi


14-01-2019, 12:23. Yerləşdirdi: Tural BDU-da kadr dəyişikliyi: Nazim Məcidova vəzifə verildi




Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.

Xalqinfo.az Strateq.az-a istinadən xəbər verir ki, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.

Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, açıqlamasında xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.
Geri qayıt