DataLife Engine > MANŞET > Ədliyyə generalı vəfat etdi

Ədliyyə generalı vəfat etdi


7-01-2019, 16:44. Yerləşdirdi: Tural Ədliyyə generalı vəfat etdi





Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Zahir Əlizadə dünyasını dəyişib.

Xalqinfo.az Modern.az-a istinadən xəbər verir ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Geri qayıt