DataLife Engine > MANŞET > Zirək Donald Tramp seçkilərdə də pul qazanır

Zirək Donald Tramp seçkilərdə də pul qazanır


21-11-2018, 15:56. Yerləşdirdi: Tural Zirək Donald Tramp seçkilərdə də pul qazanır




ABŞ prezidenti 2020-ci il kampaniyası üçün indidən pul yığmağa başlayıb
Donald Tramp Konqresə keçirilən aralıq seççkilərində pul qazanan ilk prezident olaraq tarixə düşə bilər.


Musavat.com xarici mətbuata isitnadən xəbər verir ki, Nümayəndələr palatasının büdcə komitəsinin məlumatına görə, son seçklərdə Ağ Evin rəhbəri respublikaçı namizədlərin ona məxsus obyektlərdən istifadə etməsindən 3,2 milyon dollar gəlir əldə edib.

ABŞ qanunlarına əsasən, prezidentlər Konqresə keçirilən aralıq seçkilərində iştirak etmirlər. Həmin vaxt yalnız partyaların namizədləri və milli komitələrin ianə toplamaq hüququ var.

Məsələn, 2010-cu ilədki seçki kampaniyası zamanı prezident Barak Obama Demokrat partiyasının Milli Komitəsinin qərargahına gələn bütün pulları ianə sahiblərinə geri qaytarmışdı. Cəmi iki il sonra isə Barak Obama prezidentlik yarışında 738 milyon dollar pul toplamışdı.

Donald Tramp isə ənənələri pozaraq elə andiçmədən dərhal sonra 2020-ci il seçkiləri üçün ianə kampaniyasına start verib. Respublikaçılar partiyasının Milli Komitəsinin verdiyi məlumata əsasən ABŞ prezidenti bu vaxta qədər 60 milyon dolları kassasına qoya bilib.


Bundan başqa, Ağ Evin rəhbəri üzərində seçkiqabağı şüarı sayılan “Amerikanı yenidən böyük edək” loqotipi həkk olunmuş şapka, mayka və qəhvə fincanlarının satışından 46 milyon dollar əldə etməyə müvəffəq olub.

Aralıq seçkilərində isə yuxarıda deyildiyi kimi respublikçı namizədlər ABŞ prezidentinin hələ də işlərinə nəzarət etdiyi şirkətlərin göstərdiyi xidmət üçün 3,2 milyon dollar pul xərcləyiblər.



Buraya Vaşinqtonda yerləşən “Trump İnternational Hotel”in konfrans zalları və otaqlarının, habelə Nyu Yorkdakı “Trump Tower”in kabinetlərinin, o cümlədən Donald Trampa məxsus Nyu-Cersi və Floridada yerləşən qolf klublarının bron edilməsinə ödənilən məbləğlər daxildir.

Bundan əlavə, respublikaçılar prezidentə aid şəxsi təyyarələrin istifadəsinə görə ona 1,2 milyon dollar pul ödəyiblər.



Eyni zamanda Donald Trampın seçki qərargahının aralıq seçkilərinə hazırlıq gedişində siyasi reklam üçün 8,9 milyon dollar pul topladığı və xərclədiyi bəlli olub. Bu rəqəmdən 5,1 milyon dollar Donald Trampın seçki qərargahının rəhbərlərindən sayılan Bred Parkseylin firmasına verilib.
Geri qayıt