DataLife Engine > MANŞET > “Onun 7 əri var, hansı ilə məni tutub?”- Təranə

“Onun 7 əri var, hansı ilə məni tutub?”- Təranə


3-11-2014, 20:20. Yerləşdirdi: Tural “Onun 7 əri var, hansı ilə məni tutub?”- Təranə
“O, silikonlu “kukla”dır, özünü neçə dəfə “yığdırıb”. 50 yaşlı qadın uşaq doğa bilməz”


Müğənni Təranə Qumral Nazəninin “Onu həyat yoldaşımla tutmuşam” açıqlamasına münasibət bildirib.

“qafqazinfo”ya açıqlamasında ifaçı həmkarını onun ailəsini dağıtmaqda ittiham edib:

“Bu hadisələr verilişdən sonra baş verdi. Nazənin deyir ki, Təranəni həyat yoldaşım ilə tutmuşam. Onun 7 həyat yoldaşı olub. Hansı ilə tutub məni? Ad-soyad desin, şəkil göstərsin. Təranənin bir həyat yoldaşı var, o da ki, Musa Musayevdir. Bunu bütün aləm, el-oba bilir. Bu söhbəti mən açdım ki, Nazənin ailəmi dağıtmaq istəyirdi. Nazənin kiminsə ərindən uşaq doğub. 21 ildir bu ailədə can qoymuşam, Musa ilə ər-arvadıq. Mənə deyir ki, Musa sənin ərin deyil. Azərbaycan xalqı bizi birlikdə görüb, mən ailəmi Nazənin kimilərə yem etmərəm. Nazənin 62-ci il təvəllüdlüdür, uşağının 2 yaşı var. O, silikonlu “kukla”dır, özünü neçə dəfə “yığdırıb”. 50 yaşlı qadın uşaq doğa bilməz. O, ancaq süni mayalanma ilə uşaq doğa bilər. Məhkəməyə müraciət etməyi düşünmürəm, məhkəməyə sərf etməyə vaxtım yoxdur, ailəmə bağlı insanam. Üç övladım var, onları gözəl böyütmüşəm. İki qızımı ərə vermişəm. Deyir ki, nümunəvi ailəm var. O hansı nümunədən danışır? Onun qızı ərə gedib, bir il sonra uşaqla geri qayıdıb. Nazənin 7 kişiyə ərə gedib, sadəcə o kişilər ailəli olduqları üçün adlarını açıqlamıram. Mənim əlimdə faktlar var. Nümunəvi ailə mənimki sayılır. Qudalarımı, ailəmi bir yerə yığıb televiziyaya çəkdirəcəm. Qızımı 17 yaşında ərə vermişəm, 8 ildir ailəlidir. O biri qızımı təzə ərə vermişəm, övladı olub. Hamıya gözəl gün qismət olsun”.
Geri qayıt