DataLife Engine > MANŞET > 25 yaşlı məşhur müğənni intihar etdi-Foto

25 yaşlı məşhur müğənni intihar etdi-Foto


8-09-2014, 08:41. Yerləşdirdi: Tural 25 yaşlı məşhur müğənni intihar etdi-Foto
ABŞ-da 25 yaşlı gənc müğənni Simone Battle intihar edib.

ans press-in məlumatına görə, GRL adlı musiqi qrupunun üzvü evində ölü tapılıb. Polis pop ulduzun intihar etdiyini açıqlayıb.

Gənc ulduz Los Ancelesdəki bağ evində həyatına son verib.

GRL qrupunun üzvü Battle "X Factor" adlı müsabiqə yarışmasından sonra populyarlıq qazanıb. Müğənninin intihar xəbəri ABŞ şou-biznesini qəhərə qərq edib. Məşhur sosial şəbəkələrdə paylaşdığı statuslarda bu xəbərdən sarsıldığını bildiriblər.

"X Factor"ün prodüseri Simon Kovell "Twitter"də paylaşdığı tvitdə müğənninin intiharını çox böyük itki adlandırıb: "Battlenin ölüm xəbərini aldığım üçün çox təəssüf edirəm. Çox yaxşı bir insan idi. Çox böyük bir itki".

ABŞ müğənnisi Nikola Skerzinger Cənubi Afrikada verəcəyi konserti Battleyə həsr edəcəyini açıqlayıb.
25 yaşlı məşhur müğənni intihar etdi-Foto
Geri qayıt