DataLife Engine > MANŞET > “Axı yemək bişirmək əsgərin peşəsi deyil” – İlham Əliyev

“Axı yemək bişirmək əsgərin peşəsi deyil” – İlham Əliyev


30-08-2014, 11:14. Yerləşdirdi: test “Axı yemək bişirmək əsgərin peşəsi deyil” – İlham Əliyev

“Əvvəlki dövrdə bizim ordumuzda mülki işlərlə elə hərbçilər məşğul idilər. Əsgərləri əsas fəaliyyətindən ayırırdılar, onlar gedib orada xidmət sahəsində işləyirdilər”
Bunu prezident İlham Əliyev deyib. O bildirib ki, əsgərlərin bu işlərdən azad edilməsi ilə bağlı göstəriş verib: “Bu mülki işlərə yerli camaatı götürsünlər. Bütün başqa təmas xəttinə yaxın olan yerlərdə, rayonlarda, kəndlərdə mülki işlərə yerli insanlar gedirlər, xidmət edirlər, dövlət maaş verir. Biz burada iki məqsəd güdürük. Həm əsgərlər xidmətdən ayrılmır, mülki vətəndaşlar isə işləyib maaş alırlar.

Əvvəllər belə bir praktika var idi ki, misal üçün, bir yerdən olan gənc xidmətə mütləq gərək başqa yerə göndərilərdi. Biz burada da dəyişikliklər etdik. Çünki xüsusilə zabitlər. Onlar indi öz doğma rayonlarında işləsələr, yaşasalar daha yaxşıdır. Ailələrinin yanında olacaqlar, daha da ürəkli olacaqlar, onlar üçün daha da rahat olacaq. Yəni, orduda islahatlar çoxşaxəlidir. Amma bu hissə də çox önəmlidir. Burada qısa müddət ərzində minlərlə iş yerləri yaradılıb. Məsələn, biri yemək bişirən. Orduda kim idi? Əsgər. Birincisi, əsgər yemək bişirə bilmir, ikincisi, axı yemək bişirmək onun peşəsi deyil.”
Geri qayıt